İngiltərə Premyer Liqasında VI tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutub.

Autsayderlər qrupunda qərarlaşan "Bernli" öz meydanında "Uotfotd"u qəbul edib. Meydan sahibləri hər hissədə bir qol vuraraq, mövsümdə 2-ci qələbəsini qazanıb.

Bu inamlı qələbə komandaların xal hesabının bərabərləşməsinə səbəb olub. Lakin "Uotford" əlavə göstəricilərə görə 11-ci, "Bernli" isə 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ardıcıl 6-cı qələbəsini qazanan "Mançester Siti" vahid liderliyini davam etdirir.

İngiltərə Premyer Liqası
VI tur

24 sentyabr
"Mançester Yunayted" - "Lester" - 4:1

Qollar: Smollinq, 23, Mata, 37, Reşford, 40, Poqba, 42 - Qrey, 60

"Bornmut" - "Everton" - 1:0
Qol: Stanislas, 23

"Liverpul" - "Hall Siti" - 5:1
Qollar: Lallana, 17, Milner, 30 (pen.), 70 (pen.), Mane, 36, Koutniyo, 52 - Meyler, 52

"Midlsbro" - "Tottenhem" - 1:2
Qollar: Gibson, 65 - Son Min Hun, 7, 23

"Stok Siti" - "Vest Bromviç" - 1:1
Qollar: Allen, 73 - Rondon, 90+1

"Sanderlend" - "Kristal Palas" - 2:3
Qollar: Defo, 39, 60 - Ledli, 61, Makartur, 76, Benteke, 90+5

"Suonsi" - "Mançester Siti" - 1:3
Qollar: Llorente, 13 - Aquero, 9, 65 (pen.), Sterlinq, 77

"Arsenal" - "Çelsi" - 3:0
Qollar: Sancez, 11, Uollkot, 14, Məsut, 40

25 sentyabr
"Vest Hem" - "Sauthempton" - 0:3

Qollar: Ostin, 40, Tadiç, 62, Vord-Praus, 90

26 sentyabr
"Bernli" - "Uotford" - 2:0

Qollar: Hendrik, 38, Kin, 50

Milli.Az