Türkiyənin məşhur müğənnisi Ebru Gündeş axır ki, ötən gün səssizliyini pozub.
Milli.Az "Sözcü"yə istinadla xəbər verir ki, Amerikada həbsdə olan əri Rza Zərrabdan boşanma ərəfəsində olan müğənni sosial şəbəkədə paylaşım edib. Lakin onun paylaşımı mediada yayılan xəbərlər barəsində deyil, Acuna dəstəklə bağlı olub.
O, Acunun paylaşdığı "O Ses Türkiye"nin tanıtım videosunu yayaraq: "Ümid edirəm, çox maraqlı mövsüm olacaq", - yazıb.
Milli.Az