Əməkdar artistdən ETİRAF : “Bundan xilas olmaq istəyirəm” - FOTOLAR

Əməkdar artistdən ETİRAF : “Bundan xilas olmaq istəyirəm” - FOTOLAR
16:43 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artistdən aparıcı Çiçəyə AĞIR SÖZLƏR: "Çuşka, onun..." - FOTO (18 Mart 2017 13:58)

"Nigar İbrahimova balet artisti üçün vacib olan bir çox yüksək göstəricilərə - gözəl xarici görkəm, yüksək texnika və artistizm, temperament, nadir plastika və s. malikdir. Heç bir mübaliğəyə yol vermədən demək istəyirəm ki, hazırda o, klassik balet sənətinin ən parlaq ulduzlarından biri sayıla bilər”.

İnkişaf etmiş klassik balet ənənələrinə malik olan Belorus Opera və Balet teatrında “Jizel” baletində çıxış etdiyi zaman tərəf müqabili, Xalq artisti İqor Artamonov onun sənətinə qiymət verərkən belə deyib. Söhbət Akademik Opera və Balet Teatrının əməkdar artisti, prezident mükafatçısı Nigar İbrahimovadan gedir. Milli balet sənətininin ən gənc simalarından olan Nigar 2004-cü ildən Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında çalışır.

Turuppanın aparıcı solisti kimi “Yeddi gözəl”, “Min bir gecə”, "Don Kixot”, “Jizel”, “Paxita”, “Şelkunçik”, “Qu gölü” kimi bir çox tamaşalarda böyük uğurla çıxış edir. Dəfələrlə ölkəmizi Türkiyə, Rusiya, Belorus, Fransa, Qırğızıstan və başqa ölkələrdə uğurla təmsil edib. İstedadlı aktrisanın ən böyük uğurlarından biri də ötən ilin sentyabrında Moskvada Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətinin tərkibində F.Əmirovun “Min bir gecə” baletinin tamaşasında Şəhrizad rolunu ifa etməsidir.

İstedadlı balerinanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Nigar, səhnə fəaliyyətiniz barədə kifayət qədər məlumatlıyıq, amma sizi o qədər də yaxından tanımırıq. Biraz özünüzdən danışın…

- İlk dəfə altı yaşım olanda anam məni balet məktəbinə aparıb. Həmin vaxtdan bu sənəti sevməyə başladım. 2004-cü ildə Bakı Xoreoqrafiya məktəbini, 2008-ci ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini bitirdim. 2002-ci ildən də indiyə qədər Teatrın balet truppasında çalışıram.

- Bu sənətin bildiyimiz qədər pərdəarxası ağırlıqları da olur…

- Bizim sənət elədir ki, balerinanın vaxtının çoxu zalda, məşqlərdə keçir. Həddən artıq zəhmət və enerji tələb edir. Bu sənəti sevən çətinliklərinə də dözməlidir.

- Balerina üçün yaş məhdudiyyəti varmı? Doğrudurmu ki, balerina 36 yaşda bu sənətlə vidalaşmalıdır?

- Yox, əslində bu, insanın fiziologiyasından asılıdır. Elə balerina var ki, 40-42 yaşı var, amma hələ də səhnədədir.

- Saatlarla ayaqlar üzərində dayanmaq səhhətə ziyan vurmur ki?

- İdmanda olduğu kimi bizim sənətdə də müəyyən zədələr olur. Biz bunu çalışırıq tamaşaçıdan gizlədək. Biz balerinalar arasında belə bir deyim var ki, balet artistinin həmişə harasısa ağrımalıdır. Əgər ağrımırsa, demək nəsə normal deyil.

- Həmişə plastikanınızı qorumaq, zərif qalmaq üçün bəs neynirsiz?

- Balet artisti plastik olmalıdır, əks halda, bu sənətlə məşğul olmaq mümkün deyil. Bunun üçün çəkimizi normal saxlamalıyıq. Məşq zamanı enerji itiririk. Amma qidalanmağımıza da fikir veririrk. Artıq çəki olanda tərəf müqabili üçün də çətin olur. Saat yarım səhnədə həm emosional, həm fiziki cəhətdən rahat olmalısan. Bunun üçün də çəkini nəzarətdə saxlayırıq.

- Mütləq rəqəm varmı, tutalım, balerina hansısa çəkidə olmalıdır.

- Bəli. Boyla çəki arasındakı fərq 23 olmalıdır.

- Sizdə necədir?

- Boyum 1.70-dir, çəkim 44. Hərdən 45 kilo oluram.

- Yəqin çəki almaqdan dəhşət qorxursunuz?

- Hər halda, özümə nəzarət etmək borcumdur. Buna görə də axşamlar çox yemirəm. Yağlı, şirin yeməklərdən qaçıram. Baxmayaraq ki, mən şirniyyatı çox sevirəm.

- Gəncsiniz, günün çox hissəsini məşqlərdə keçirirsiniz. Həmyaşıdlarınızın əyləncə məkanlarında vaxt keçirdiyini düşünəndə qısqanmırsınız?

- Bu peşəni seçirsənsə, bunları gözə almalısan.

- Maraqlıdır, necə əylənirsiniz, istirahətinizi necə keçirirsiniz?

- Kinoya gedirəm, kitab oxuyuram...

- Hansı yazıçıları mütaliə edirsiniz?

- Klassik ədəbiyyatı çox sevirəm.

- Məsələn, kimləri?

- Balzak, Kamyu, Stendal…

- Bəs Azərbaycan yazıçılarından?

- Nizami Gəncəvi. Yeri gəlmişkən, N.Gəncəvininin “Yeddi gözəl” baletində çıxış edirəm.

- Gənc yazarlardan kimləri tanıyırsan?

- Açığı tanımıram.

- Son oxuduğunuz kitab hansıdır?

- Frans Kafkanın “Proses” əsərinə başlamışam.

- Sosial şəbəkədə necə, vaxt keçirməyi xoşlayırsınız?

- "Facebook"da da varam, “İnstagram”da da. Amma o qədər də fəal deyiləm.

- Sevgi mesajları alırsınız?

- Yox, daha çox tamaşaçı kimi heyranlıqlarını bildirirlər.

- Evdə hərdən demirlər ki, arada şəxsi həyatını da düşün, ailə qurmaq lazımdır?

- İkinci yarı gərək tapasan. Hansı ki, o səni sənətinlə bərabər qəbul etməlidir.

- Hansı xüsusiyyətlər mütləq onda olmalıdır?

- Birinci növbədə məni sevsin və sənətimi dəyərləndirsin.

- Bəs vizual görünüş?

- Mənim üçün əsas xarakterdir, bir-birimizi anlayaq.

- Bəzi həmyaşıdın olan qızlar sosial şəbəkələrin sevgi hissini azaltdığını düşünürlər, bəs siz?

- Hardasa onlarla razıyam. Mən hələ ki, sevdiyim insana rast gəlməmişəm, gəlsəm, məmnuniyyətlə, onunla ailə quraram.

- Çox utancaqsınız. Şəkillər çəkərkən fotomüxbirimiz Elçin xeyli əziyyət çəkməli oldu… Mənə çox qəribə gəldi, belə utancaq xanım elə məşhur baletlərdə necə çıxış edir?

- Təbiət etibari ilə utancağam. Amma real həyatda beləyəm, səhnədə yox. Əslində, bu kompleksdən xilas olmaq istəyirəm. Çünki utancaq olmayan insanlar üçün ünsiyyət daha rahat olur.

- Görürəm, sözləri sanki kəlbətinlə çıxarıram…

- Azdanışanam.

- Şou-biznes aləmində baş verənləri izləyirsiniz?

- Çox az. Açığı televizora baxmıram, çünki çox az vaxtım olur.

- Maraqlıdır, hansı müğənniləri dinləyirsiniz?

- Milli və eyni zamanda klassik musiqiləri bəyənirəm. Rəşid Behbudov, Müslüm Moqamayev…

- Bəs müasirlərdən?

- Əslində, müasirlik də olmalıdır, amma mən demək olar ki, onları dinləmirəm.

- Bəs dünya ulduzları, onları da dinləmirsiniz?

- Məsələn, Rihanna maraqlı ifaçıdır, amma xüsusi maraq göstərdiyim müğənnilər yoxdur.

- Ən çox nəyə pul xərcləməyi xoşlayırsınız?

- Səyahətlərə, bir də geyimlərə.

- Geyimdə hansı üslubda özünüzü daha rahat hiss edirsiniz?

- Klassik üslubu sevirəm, amma rahatlıq baxımından idman üslubundan da istifadə edirəm. Bütünlüklə klassika ruhuma daha yaxındır. Həm musiqi, həm geyim tərzi və digər sahələrdə. Bəlkə də bu, çalışdığım sənətlə əlaqəlidir.

- Brend önəmlidir sizin üçün?

- Nə yaraşır, o önəmlidir. Stil əslində puldan asılı deyil. Burda zövq önəm daşıyır.

- Qarderobunuzda ən ucuz və ən bahalı paltarınızın qiymətini söyləyərdiniz?

- Yox, istəməzdim, utanıram deməyə.

- Elə bir xüsusiyyətiniz varmı ki, ondan xilas olmaq istəyirsiniz?

- Tez hirslənirəm. İnsan gərək öz üzərində işləsin ki, istədiyi kimi olsun.

- Ev işləri, mətbəxlə araınız necədir?

- Xoşlayıram.

- Ən dadlı bişirdiyiniz yemək hansıdır?

- Şirniyyatlar hazırlamağı bacarıram.

- Qarşıda hansı yaradıcılıq yenilikləriniz var?

- Oktyabrın 15-də “Yeddi gözəl” baletində çıxış edəcəm.

- Hansı obraz ruhunuza daha yaxındır?

- Hərəsində özümə bir bənzərlik görürəm.

- Sənətinizlə bağlı qorxularınız var?

- Bəlkə də sizə qəribə gələcək, amma əslində, mən heç nədən qorxmuram. Hesab edirəm ki, nə olmalıdırsa, olacaq. Alın yazısına inanıram. Onsuz da, qorxsaq da, qorxmasaq da, nə olursa, olur, heç nə bizdən asılı deyil.

Cəvahir

Foto: Elçin Murad














RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“LinkedIn” sosial şəbəkəsinin auditoriyası yarım milyarda çatıb

25 Aprel 2017 16:35

“Elektron hökumət” üzrə məqsədyönlü maarifləndirmə tədbirlərinin əhatə dairəsi genişləndirilir

25 Aprel 2017 16:35

Ehtiraslı rəqs qəza yaratdı

25 Aprel 2017 16:35

Rusiya neft hasilatının azaldılması ilə bağlı qərarını mayda verəcək

25 Aprel 2017 16:31

Avropadan ABŞ-a təyyarə ilə elektronika cihazları gətirmək qadağan oluna bilər

25 Aprel 2017 16:31

Şeyxülislam Finlandiyaya gedir

25 Aprel 2017 16:29

Qəribə xəstəliyə yoluxdu, bir əli 20 kq oldu - Ailəsi imtina etdi - FOTOLAR

25 Aprel 2017 16:28

Messi yeni müqaviləyə nə vaxt qol çəkəcək?

25 Aprel 2017 16:27

Türkiyədə partlayış

25 Aprel 2017 16:27

"Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır"

25 Aprel 2017 16:22

Trampın ölkəmizlə bağlı planları...

25 Aprel 2017 16:22

"Cənab hakim, bunların çoxu əməkdar dələduzluq ustasıdır..." - Çovdarovun məhkəməsi

25 Aprel 2017 16:17

Yasına hazırlıq görülən ölü dirildi

25 Aprel 2017 16:14

Ankaradan SƏRT REAKSİYA: “Bu, terror təşkilatlarına xidmət edir”

25 Aprel 2017 16:13

Azərbaycanda doğuş zamanı daha bir FACİƏ

25 Aprel 2017 16:12

"Brat Li" bədii filminin təqdimat günü bəlli oldu

25 Aprel 2017 16:12

Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”

25 Aprel 2017 16:11

Bu il istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb

25 Aprel 2017 16:11

Rusiya XİN-in Diplomatik Akademiyasının rektoru: "Azərbaycana müstəqil və suveren tərəfdaş kimi hörmət edirik"

25 Aprel 2017 16:11

“Yeni Müsavat” Amerika ilə bağlı sənədli film çəkdi - VİDEO

25 Aprel 2017 16:09

Qazax məhkəməsində nümayəndə qismində çıxış edən şəxs ölüb

25 Aprel 2017 16:06

Yeni ailə quran itlər danışdı: “İnsanlar bizə paxıllıq edir” - ANTİŞOU

25 Aprel 2017 16:04

O, növbəti dəfə İTV-nin baş direktor seçildi

25 Aprel 2017 16:02

Azərbaycan Yəmənə humanitar yardım göndərib

25 Aprel 2017 15:59

Artur Rasizadədən QƏRAR- Əmək haqqı 1 manat artırıldı

25 Aprel 2017 15:58

Burun formanıza görə xarakteriniz necədir?

25 Aprel 2017 15:58

Mosulda tutulan İŞİD terrorçularının başçılarından biri tutulub

25 Aprel 2017 15:56

Rusiyadan qaçaq siqaret keçirən şəxslər tutuldu

25 Aprel 2017 15:54

Dərsliklərdə olmayan, gizlədilmiş TARİXİ FAKTLAR – FOTOLAR

25 Aprel 2017 15:53

Yasamal RİH: Hüseyn Cavid prospekti 72-də aparılan söküntü işləri qanunidir

25 Aprel 2017 15:52

Azərbaycan Premyer Liqasında son turun proqramı açıqlanıb

25 Aprel 2017 15:51

Onların toydan öncəki bu görüntüləri izlənmə rekordu qırır

25 Aprel 2017 15:49

Azərbaycanda güclü küləklər intensivləşib

25 Aprel 2017 15:47

“Gəncəbank”ın kreditorlarının bir hissəsi açıqlanıb

25 Aprel 2017 15:46

Avropa Türkiyəni 13 il geriyə göndərdi - İNANILMAZ QƏRAR

25 Aprel 2017 15:43

İTV-nin yeni baş direktoru MƏLUM OLDU

25 Aprel 2017 15:42

Canlı yayımda jurnalistin burnu axdı

25 Aprel 2017 15:42

Seneqalda balıqçı gəmisi qəzaya uğrayıb, 17 nəfər ölüb, 40 nəfər xəsarət alıb

25 Aprel 2017 15:41

Fransa prezidentliyinə namizəd: "Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm"

25 Aprel 2017 15:41

“İndi də bu qardaşım məni incidir” - Dəhşətli qətlin TƏFƏRRÜATI

25 Aprel 2017 15:38

Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı

25 Aprel 2017 15:37

Yeni “HDR10+” video standartı hazırlanıb

25 Aprel 2017 15:35

Paltaryuyan maşının kirəcini təmizləmək üçün

25 Aprel 2017 15:33

Ermənistan hökumətinin binası yenidən mühasirəyə alındı

25 Aprel 2017 15:32

Finlandiyalı məşqçi: "Bakıda məqsədimiz azı bir finaldır" - FOTO

25 Aprel 2017 15:32

Cəmil Quliyev yenidən İTV-nin baş direktoru seçilib

25 Aprel 2017 15:31

Azərbaycanda xanım müdirin öldürülməsi ilə bağlı BİRGƏ MƏLUMAT

25 Aprel 2017 15:29

Seneqalda qayıq aşdı: 17 ÖLÜ

25 Aprel 2017 15:27

Avtoritet "Dəli Samir"ə 13 İL HƏBS TƏLƏBİ

25 Aprel 2017 15:24

İTV-yə yeni baş DİREKTOR SEÇİLDİ

25 Aprel 2017 15:23