BMT Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

BMT Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
11:12 11 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ BMT-nin dövlətlərin insan hüquqları üzrə əsas beynəlxalq razılaşmalardan birini - Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) nə dərəcədə həyata keçirməsinə nəzarət edən İnsan Hüquqları Komitəsinin növbəti iclası oktyabrın 17-dən noyabrın 4-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
"Report" xəbər verir ki, bu dəfə Komitə Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya, Azərbaycan və Mərakeşlə bağlı məsələləri müzakirə edəcək.
Azərbaycanla bağlı müzakirələr oktyabrın 20-21-də keçiriləcək.
Müzakirə olunacaq ölkələrin hökumətlərinin rəsmi hesabatlarından savayı, qeyri-hökumət təşkilatlarının nümayəndələri dinləniləcək və fiziki şəxslərin məlumatlarına baxılacaq.
Xatırladaq ki, BMT-nin İnsan Haqları Komitəsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına uyğun olaraq yaradılıb. Komitə on səkkiz ekspertdən ibarətdir və dövri olaraq Paktı imzalayan ölkələrdə mülki və siyasi hüquqların həyata keçirilməsi üzrə vəziyyəti, bu hüquqlardan istifadə etməklə əldə edilən tərəqqini nəzərdən keçirir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bmt-komitesinde-azerbaycanla-bagli-mesele-muzakire-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR