Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

42 yaşlı Ebru Gündeş: əri həbsdə, özü səhnələrdə

42 yaşlı Ebru Gündeş: əri həbsdə, özü səhnələrdə

Date: 12 October 2016 13:51

Bu gün müğənni Ebru Gündeşin 42 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, səhnə fəaliyyəti dövründə 13 albom buraxan və bir çox mükafat qazanan Ebru bu il bahalı hədiyyə almayacaq.

2010-cu ildə iş adamı Rza Zərrabla ailə quran müğənni ondan tez-tez qiymətli hədiyyələr alırdı. Hər ad günündə onu təəccübləndirən Rza hazırda ABŞ-da həbsdədir. E.Gündeş də ərinə bir müddət dəstək olduqdan sonra boşanma ərizəsini məhkəməyə təqdim edib.

Söz-söhbətlərdən və suallardan qaçan Ebru "O səs Türkiyə" yarışmasının münsiflər heyətindən də uzaqlaşsa da, İstanbulun konsert məkanlarında tez-tez səhnəyə çıxır.


Tags:  yaşlı Ebru Gündeş əri həbsdə özü səhnələrdə

RƏYLƏR


Top news