Həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanma ərəfəsində olan və çətin günlər keçirən müğənni Ebru Gündeşin bir neçə gün əvvəl 42 yaşı tamam olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənninin fanatları ona hədiyyə kimi video hazırlayıblar.
Bu videodan çox kövrəldiyini və ağladığını deyən Ebru sosial mediada fanatlarına təşəkkür edib:
"Mövlana deyib ki, ayaqüstə durmağa halım yox ikən, həyatda qalacaq səbəblərin varsa, qorxma, yıxılmazsan. Ona görə də hər şeyə və hər kəsə rəğmən ayaqüstəyəm".