Useyn Bolt vətənində sonuncu dəfə turnirdə iştirak edəcək

Useyn Bolt vətənində sonuncu dəfə turnirdə iştirak edəcək
10:32 15 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ 9 qat olimpiya çempionu Useyn Bolt vətəni Yamaykada sonuncu dəfə yarışacaq.
"Report"un məlumatına görə, sprinter 2017-ci ilin yayında "Racers Grand Prix" yarışında qüvvəsini sınayacaq.
İdmançı Dünya çempionatından sonra karyerasını başa vuracağını bildirib: "2017-ci ildə keçiriləcək Dünya çempionatından sonra karyeramı başa vuracam. Lakin yayda Yamaykada sonuncu yarışda iştirak edəcəm".
Qeyd edək ki, Bolt Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında 3 növdə 9 medal qazanıb. 2015-ci ildə təşkil olunmuş Dünya çempionatında yüngül atletikada 3 qızıl medal əldə edib və 11 qat dünya çempionu tituluna sahib çıxıb. O, hazırda 100 m (9.58 saniyə) və 200 m (19.19 saniyə) məsafəyə qaçışların rekordçusudur.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/useyn-bolt-veteninde-sonuncu-defe-turnirde-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR