Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ebru və Rzanın boşanma səbəbləri məlum oldu

Ebru və Rzanın boşanma səbəbləri məlum oldu

Date: 17 October 2016 13:51

Müğənni Ebru Gündeş və iş adamı Rza Zərrabın boşanma qərarıyla bağlı daha bir iddia səsləndirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər iki boşanacaqları barədə xəbərləri təsdiq etsələr də, hələ də məhkəməyə ərizələrini təqdim etməyiblər.

Şayiələrə görə, cütlük boşanma qərarını bir-birinə inad olaraq verib. Rza həbs olunduqdan sonra Gündeş qızı Alaranı da götürərək Türkiyəyə qayıdıb və bir daha ərinin həbsdə olduğu ABŞ-a getməyib.

Ebru Rzanın "Qızım üçün darıxıram, ABŞ-a gətir" təklifini də rədd edincə R.Zərrab depressiyaya düşüb və "Ebru yanıma gəlmirsə, mən də telefonla artıq onunla danışmayacağam" deyib. Müğənni də bunu eşitdikdən sonra əsəbiləşərək boşanmağa qərar verib.


Tags:  Ebru Rzanın boşanma səbəbləri məlum oldu

RƏYLƏR


Top news