Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni musiqi layihəsi - “Bakı star”

Yeni musiqi layihəsi - “Bakı star”

Date: 18 October 2016 12:59

Azərbaycanlı prodüser Roland Bayramov yeni layihəsini həyata keçirəcək. Lent.az-a açıqlama verən prodüser bildirib ki, “Bakı star” adlı musiqi yarışması hazırlayıb: “Çoxdandır ki, bu layihə üzərində çalışırdım. Nəhayət vaxt vədə yetişdi ki, bu barədə açıqlama verim. Düşünürəm ki, bu musiqili layihə tamaşaçıların marağına səbəb olacaq. “Bakı star”ın hansı telekanalda yayımlanacağını isə indidən söyləmək istəmirəm. Yaxın müddətdə layihəylə bağlı hər şeyi görəcəksiniz”.

 

Qeyd edək ki, R.Bayramov sonuncu dəfə xalq artisti Aygün Kazımovayla işləyib. Xalq artistinə qədər isə şou-biznesdə bir çox tanınmışlarla Faiq Ağayev, Natavan Həbibi, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Emil Bədəlov və başqaları ilə işləyib.



Tags:  Yeni musiqi layihəsi Bakı star



RƏYLƏR


Top news