“Yuventus”, MY, PSJ, “Atletiko”, “Qalatasaray” üçün uğursuz həftə - BÜTÜN NƏTİCƏLƏR

“Yuventus”, MY, PSJ, “Atletiko”, “Qalatasaray” üçün uğursuz həftə - BÜTÜN NƏTİCƏLƏR
11:43 24 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Ötən həftəsonu Avropanın aparıcı çempionatlarında daha bir tur geridə qaldı. Biri-birindən maraqlı nəticələr qeydə alındı. Əsasən də İtaliyada, İngiltərədə, Fransada, Almaniyada çempionluğa iddialı komandaların xal itirməsi diqqət çəkdi.

A seriyasının iki barışmaz rəqibi “Milan” və “Yuventus” “San Siro”da münasibətlərinə aydınlıq gətirdi. Bu, Massimiliano Alleqrinin yetirmələrinin cari mövsümdə Milana ikinci səfəri idi. Turin təmsilçisinin “San Siro”ya ilk səfəri komandanın cari mövsümdə ilk məğlubiyyətiylə (“İnter” - 1:2) nəticələnmişdi.

"Qoca sinyora" bu dəfə də məğlubiyyətdən qaça bilmədi. Lokatellinin 65-ci dəqiqədə mükəmməl qolu oyunda yeganə oldu. Beləliklə, 2012-ci il, noyabrın 25-dən bəri "Yuve"ni məğlub edə bilməyən "Milan" bu uğursuz tendensiyaya son qoydu.

La Liqada “Barselona” səfərdə “Valensiya” ilə üz-üzə gəlib. Çezare Prandellinin komandası "Barsa"ya güclü müqavimət göstərsə də, xal qazana bilməyib. Hamı oyunun 2:2 hesablı bərabərliklə nəticələnəcəyini gözlədiyi anda meydana Luis Suares çıxıb. Lionel Messi oyunun son dəqiqəsində uruqvaylı hücumçuya qarşı edilən kobudluğa görə "Yarasalar"ın qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirərək, komandasına 3 xal qazandırıb - 3:2.

Hazırki lider “Atletiko” isə “Sevilya”nın qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib. Bu, Dieqo Simeonenin yetirmələrinin cari mövsümdə ilk məğlubiyyətidir.

Turun son oyununda “Real” evdə “Atletik”i sınağa çəkib. "Kral klubu" Bilbao təmsilçisiylə oyunda çətinliklə qalib gəlib. Zinəddin Zidanın yetirmələri Alvaro Moratanın 83-cü dəqiqədə vurduğu qolla oyundan 3 xalla ayrılıblar. Bu qələbəylə "Real" turnir cədvəlində yenidən zirvəyə yüksəlib.

Liqa-1-də son çempion PSJ yaxşı günlərini yaşamayan “Marsel”i qəbul edib. Parislilər oyun boyu üstün olsalar da, bunu hesabda əks etdirə bilməyiblər. Əvəzində, "Marsel" oyun ərzində qapı istiqamətində bir zərbə belə vurmadan xal qazanmağı bacarıb - 0:0.

Bundesliqada deyəsən, “Bavariya” yenə çempionluq uğrunda özü-özüylə mübarizə aparacaq. Dortmund "Borussiya"sının "İnqolştadt" səfərində vacib iki xal itiməsi belə deməyə əsas verir.

Lider "Bavariya" isə rahat qələbə qazanıb. Münhen təmsilçisi Münhenqladbax "Borussiya"sını 2:0 hesabıyla məğlub edib.

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Maynts” bu turda “Şalke”nin qonağı olub. “Qırmızı-ağlar” Helzenkirhendə böyük hesabla uduzub - 0:3.

İngiltərə Premyer Liqasında turun mərkəzi oyunu Londonda baş tutub. "Çelsi" "Mançester Yunayted"i qəbul edib. Joze Mourinyonun sabiq komandasına qarşı oyunu onun üçün uğursuz alınıb. Belə ki, matçın ilk dəqiqəsində Pedro Rodriqesin qoluyla hesabda geri düşən "Qırmızı şeytanlar", ilk hissədə daha 1 qol buraxıb. Mankunianlar 2-ci hissəyə fəal başlasa da, böyük hesablı məğlubiyyətdən xilas ola bilməyib. "Zadəganlar" Mourinyonun komandasını 4:0 hesabıyla darmadağın edib.

Digər iddialı London təmsilçiləri "Arsenal"la “Tottenhem” turu heç-heçəylə başa vurub.

Türkiyə Superliqasında “Qalatasaray”ın məğlubiyyəti diqqət çəkib. Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” səfərdə “Aslanlar”ı minimal hesabla məğlub edib. Şeydayev oyunu ehtiyat oyunçular skamyasından izləyib.

İtaliya. A seriyası, 9-cu tur

22 oktyabr

Sampdoriya - Cenoa 2:1

Muriel, 12. İzzo, 47-a/q - Riqoni, 24.

Milan - Yuventus 1:0

Lokatelli, 65.

23 oktyabr

Udineze - Peskara 3:1

Tereau, 9-p.; 71. Zapata, 90+3-p. - Akvilani, 74.

Atalanta - İnter 2:1

Masiello, 10. Pinilla, 88-p. - Eder, 50.

Kalyari - Fiorentina 3:5

Di Cennaro, 1. Kapuano, 61. Boryello, 77 - Kaliniç, 20; 40; 53. Bernardeski, 26; 31.

Empoli - Kyevo 0:0

Qırmızı vərəqə: Kastro, 81 (Kyevo).

Krotone - Napoli 1:2

Rosi, 89 - Kallehon, 17. Maksimoviç, 33.

Qırmızı vərəqə: Qabbiadini, 32 (Napoli).

Torino - Latsio 2:2

Falke, 21. Lyayiç, 90+2-p. - İmmobile, 71. Murxia, 83.

Bolonya - Sassuolo 1:1

Verdi, 10 - Matri, 86.

Roma - Palermo 4:1

Salah, 31; 68. Paredes, 51. El Şaravi, 82 - Kuayson, 80.

* * *

İspaniya. La Liqa, 9-cu tur

21 oktyabr

Osasuna - Betis 1:2

Roberto Torres, 48 - Xoakin, 19. Felipe Qutyerres, 90+1.

Qırmızı vərəqə: Rivyer, 87 (Osasuna).

22 oktyabr

Espanyol - Eybar 3:3

Ernan Peres, 64. Pablo Piatti, 73. Leo Baptistao, 90+2 - Serji Enrix, 23. Dieqo Reyes, 27-a/q. Kike Qarsiya, 44.

Qırmızı vərəqə: Felipe Kaysedo, 84 (Espanyol).

Valensiya - Barselona 2:3

Munir, 52. Rodriqo, 56 - Messi, 22; 90+2-p. Suares, 62.

Real Sosyedad - Alaves 3:0

Xabi Prieto, 22. Vilian Xose, 58. Karlos Vela, 88.

Qranada - Sportinq 0:0

23 oktyabr

Selta - Deportivo 4:1

Mallo, 32. Aspas, 60-p.; 83. Orelyena, 78 - Albentosa, 38.

Sevilya - Atletiko 1:0

N`Zonzi, 73.

Qırmızı vərəqə: Koke, 78 (Atletiko).

Malaqa - Leqanes 4:0

Coni, 40-p. Kastro, 43. Ramires, 57. Kamaço, 90+3.

Vilyarreal - Las Palmas 2:1

Sansone, 63. Bakambu, 90+2 - Boatenq, 31.

Real - Atletik 2:1

Benzema, 7. Morata, 83 - Merino, 27.

* * *

Fransa. Liqa-1, 10-cu tur

21 oktyabr

Monako - Monpelye 6:2

Falkao, 36-p. Mbappe, 49. Jemerson, 64. Jermen, 74. Lemar, 76. Traore, 89 - Budebuz, 9; 61-p.

22 oktyabr

Lion - Genqam 1:3

Lakazette, 37-p. - Salibur, 46. Koko, 52; 77.

Anje - Tuluza 0:0

Dijon - Loryan 1:0

Loties, 90+1.

Nant - Renn 1:2

Sala, 42 - Qrosiçki, 58; 75.

Bordo - Nansi 1:1

Menez, 55 - Koura, 74.

Lill - Bastiya 2:1

Korşya, 51. Eder, 57 - Diallo, 71.

23 oktyabr

Kan - Sent-Etyen 0:2

Saivet, 49. Veretu, 58.

Mets - Nitsa 2:4

Mandjek, 25. Diallo, 70 - Plea, 12; 39; 85. Kiprien, 90.

PSJ - Marsel 0:0

* * *

Türkiyə. Superliqa, 8-ci tur

21 oktyabr

Rizəspor - Gənclərbirliyi 2:1

Yantşer, 12. Kveuke, 82-p. - Muriqi, 76.

Qaziantepspor - Kayserispor 1:2

Qilas, 43-p. - Deniz Türüç, 57-p.; 73.

22 oktyabr

Alanyaspor - Bursaspor 0:2

Xorkera, 85; 88.

Akhisar - Adanaspor 1:0

Rodalleqa, 15.

Qırmızı vərəqə: Onur Ayık, 82 (Akhisar).

Qalatasaray - Trabzonspor 0:1

N'Doye, 17.

23 oktyabr

Karabükspor - Başakşəhər 0:2

Əmrə Belözoğlu, 25-p. Mehmet Batdal, 45.

Osmanlıspor - Kasımpaşa 1:2

Ndiaye, 77 - Pavelka, 51. Adem Büyük, 82-p.

Beşiktaş - Antalyaspor 3:0

Abubakar, 45+1. Taliska, 72; 89.

Qırmızı vərəqə: Dieqo Anxelo, 45+2 (Antalyaspor).

24 oktyabr

21:00 Konyaspor - Fənərbaxça

* * *

Almaniya. Bundesliqa, 8-ci tur

21 oktyabr

Hamburq - Ayntraxt F 0:3

Holtbi, 35-a/q. Taraşay, 60. Seferoviç, 69.

Qırmızı vərəqə: Dikmayer, 57 (Hamburq).

22 oktyabr

Bayer - Hoffenhaym 0:3

Demirbay, 15. Vaqner, 49. Zuber, 60.

Qırmızı vərəqə: Folland, 6 (Bayer).

Herta - Köln 2:1

İbişeviç, 13. Stark, 74 - Modeste, 65.

İnqolştadt - Borussiya D 3:3

Koen, 6. Lezkano, 24; 60 - Obameyanq, 59. Ramos, 69. Pulişiç, 90+1.

Frayburq - Auqsburq 2:1

Filip, 66. Petersen, 78 - Altıntop, 84.

Darmştadt - Volfsburq 3:1

Ben Hatira, 25. Klaynhaysler, 68. Siriju, 76 - Qomes, 60.

Qırmızı vərəqə: Bruma, 23 (Volfsburq).

Bavariya - Borussiya M 2:0

Vidal, 16. Duqlas Kosta, 31.

23 oktyabr

Leyptsiq - Verder 3:1

Keyta, 42; 75. Selke, 90+5 - Qnabri, 76.

Şalke - Maynts 3:0

Bentaleb, 23. Meyer, 48. Huntelaar, 61.

* * *

İngiltərə. Premyer Liqa, 9-cu tur

22 oktyabr

Bornmut - Tottenhem 0:0

Arsenal - Midlsbro 0:0

Bernli - Everton 2:1

Voks, 39. Arfild, 90 - Bolasye, 58.

Hall Siti - Stok Siti 0:2

Şaqiri, 26; 50.

Lester - Kristal Pelas 3:1

Musa, 42. Okazaki, 63. Fuks, 79 - Kabaye, 85.

Suonsi - Uotford 0:0

Vest Hem - Sanderlend 1:0

Rid, 90+4.

Liverpul - Vest Bromviç 2:1

Mane, 21. Koutinyo, 35 - Makauli, 81.

23 oktyabr

Mançester Siti - Sautqempton 1:1

İheanaço, 55 - Redmond, 28.

Çelsi - Mançester Yunayted 4:0

Pedro, 1. Keyhill, 21. Hazard, 61. Kante, 70.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR