Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mourinyo: "Əvvəlki kimi çempionluq yarışındayıq"

Mourinyo: "Əvvəlki kimi çempionluq yarışındayıq"

Date: 26 October 2016 09:37

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Çelsi"dən alınan böyükhesablı (0:4) məğlubiyyətdən danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının sona qədər çempionluq uğrunda mübarizə aparacağını bildirib:

"Biz çox məyusuq. Lakin bu vəziyyət uşaqlar yox, kişilər üçündür. Biz artıq növbəti oyunu düşünməliyik. Hazırda kubokdan çox, çempionat barədə fikirləşirəm. Biz lazımsız xallar itiririk və liderdən geri düşmüşük. Bəzən yaxşı oynayanda da xal itiririk. Bu baxımdan "Stok Siti" ilə görüşü qeyd edə bilərəm.

Artıq qələbələri sıralamağın vaxtıdır. Qarşıda bizi "Bernli", "Suonsi", "Vest Hem", "Sanderlend" və "Mildsbro" ilə oyunlar gözləyir. Digər iddialılar da xal itirəcəklər. Ona görə də biz əvvəlki kimi çempionluq yarışındayıq".

Xatırladaq ki, 9 turdan sonra "Mançester Yunayted" 7-ci pillədə qərarlaşıb.

Milli.Az


Tags:  Mourinyo Əvvəlki çempionluq yarışındayıq

RƏYLƏR


Top news