Ebru Gündeş ərinə bu futbolçu ilə xəyanət edib - ŞOK İDDİA

Ebru Gündeş ərinə bu futbolçu ilə xəyanət edib -   ŞOK İDDİA
13:47 8 Noyabr 2016
490 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabdan boşanmağa hazırlaşan müğənni Ebru Gündeşlə bağlı şok məlumat yayılıb. Fanat.Az xəbər verir ki, sənətçinin Azərbaycan əsilli iş adamına xəyanət etdiyi iddia olunub.


Özü də onun ərinə futbolçu ilə xəyanət etdiyi bildirilir. Türkiyə mətbuatı yazır ki, Ebru Gündəş "Qalatasaray"ın sabiq qapıçısı, hazırda "Başakşəhər"də oynayan Ufuk Ceylanla görüşür.


İddia edilir ki, müğənninin Ufukun evindən çıxarkən fotoları özəl dedektiv tərəfindən çəkilib. Hətta Ufuk Ceylanın Rza Zərrabın Ebru Gündeşə toy hədiyyəsi olan Kanlıcadakı villasından çıxarkən də yaxalandığı deyilir. Bu şəkillər sonra Rza Zərraba çatıb. Əvvəlcə, Ebru Gündəşdən boşanmaq istəməyən iş adamı fotoları görəndən sonra qərarını dəyişib. Bildirilir ki, Rza Zərrabın vəkili Şeyda Yıldırım dedektiv qrupu ilə birlikdə müğənnini 24 saat izləyir.


Məlumata görə, Ufuk Ceylan müğənninin Antalya və Şimali Kiprdəki konsertlərinə də qatılıb.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ebru-gunde-rin-bu-futbolcu-il-xyant-edib-t53999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR