Ebru Gündeşlə futbolçu haqda son söz: "Ölkəni tərk edərəm"

Ebru Gündeşlə futbolçu haqda son söz: "Ölkəni tərk edərəm"
16:46 10 Noyabr 2016
323 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ebru Gündeşin futbolçu Ufuk Ceylanla sevgili olma xəbərlərinə daha bir açıqlama verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu Hakan Baltanın həyat yoldaşı Derya Balta cütlüyü onun tanış etdiyini bildirib:

"Ufuk Ceylan 12 ildir qardaşım kimidir. Ebru da dostum, yaxınımdır. O, foto 84 həftə əvvəl Ebrunun konsertində çəkilib. Həyatm yoldaşım Ebrudan xahiş etdi, kulisə gəldi, foto çəkdirdik. Bayramda Antalyaya gedəndə Ufuk da yanım idi. Ərim və Ufuk İstanbula döndü. Mən isə Ebrunu dinləmək üçün qaldım.

Rza Zərraba aid özəl bir təyyarəyə mindim. Ufuk isə o təyyarəyə heç minməyib. Mən, ərim və Ufuk Bodruma özəl təyyarə ilə getdik, o təyyarə isə Rza Zərraba aid deyildi. Sonra Bodrumda kirayə ev axtarırdır. Ebru "bizim küçədə də boş ev var, istəsəniz, baxın" dedi. Evlərə baxanda Ebru da bizimlə gəldi. Sadəcə o zaman bir araya gəldilər.

Ebru Gündeş və Ufuk Ceylanla bağlı iddiaların yüzdə biri heç doğru deyil. Ebru və Ufuk arasında heç bir şey yoxdur. İddia etdiyiniz kimi bir fotosu çıxsa, mən bu ölkədə bir dəqiqə də qalmaram. Bu qədər güvənirəm onlara. Aralarında heç bir şey yoxdur. Sübutu olanlar ortaya çıxsın. Ufuk hər gün evimizdə, hər şeyini bilirik. O, Almaniyada yaşayan bir türk qızla sevgilidir. Ciddi münasibəti var. Üzüklər taxılana qədər sevgilisi ilə görünməyəcək".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR