Ebru Gündeşlə sevgili olduğu deyilən şəxs DANIŞDI

Ebru Gündeşlə sevgili olduğu deyilən şəxs DANIŞDI
12:19 11 Noyabr 2016
258 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşlə sevgili olduğu iddia edilən futbolçu Ufuk Ceylan danışıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Renkli Sayfalar" verilişinə canlı bağlanan U.Ceylan xəbəri təkzib edib: "Mənə çox ağır ittihamlar edilir. O qədər ağır ki... Altından xətt çəkərək bir daha deyirəm: İlk və son olaraq sizin yayımınıza bağlanıram. Mən evli qadınla sevgi yaşayacaq qədər abırsız, şərəfsiz biri deyiləm. Haqqımda bu iftiraları atanlarla ədalət qarşısında hesablaşacağam".

 

Qeyd edək ki, E.Gündəş də ötən həftə bu açıqlama verərək, sevgili olmadıqlarını söyləmişdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR