Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hadisə “O Səs Türkiyə”dəki rəqsi ilə hər kəsi təəccübləndirdi VİDEO

Hadisə “O Səs Türkiyə”dəki rəqsi ilə hər kəsi təəccübləndirdi VİDEO

Date: 13 November 2016 12:18

Ebru Gündeş, Athena qrupundan Gökhan və MFÖ qrupundan Mazhar Alanson ilə Özkan Uğurun münsif olduğu “O Səs Türkiyə”də digər münsif üzvü Hadisə möhtəşəm rəqs performansı ilə studiyada əyləşənləri ayağa qaldırıb.

Oxu.Az xəbər verir ki, hər dəfə Mazhar Alanson və Özkan Uğur, komandasındakı iştirakçıların təsirli mahnıları ilə, Ebru Gündeş müsabiqənin bütün iştirakçılarına etdiyi şərhlərlə adından söz etdirməyi bacarır. Gökhan Özoğuzun isə tənqidi və maraqlı fikirləri studiyadan və ekrandan yarışmanı izləyənlərə xoş dəqiqələr yaşadır.

Yarışmanın digər münsifi Hadisə isə bu dəfə rəqsi ilə yadda qalıb. Verilişin ötən buraxılışında studiyada əyləşənlər arasından bir gənc qadın tamaşaçı utancaqlığı ilə Hadisənin diqqətini çəkib. Tamaşaçıdan “Nə istəyirsən?” deyə soruşan Hadisə, “Mahnı oxumağınızı istəyirəm” cavabını alınca səhnəyə çıxıb.

O, Beyonsun repertuarından mahnı oxuyub.

“Hər kəs ayağa qalxsın” deyən müğənni performansıyla diqqət çəkib. Studiyadakı tamaşaçılar da ona yoldaşlıq edib.


Tags:  Hadisə Səs Türkiyədəki rəqsi hər kəsi təəccübləndirdi VİDEO

RƏYLƏR


Top news