Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bolt futbol klubunda oynamaq istəyir

Bolt futbol klubunda oynamaq istəyir

Date: 13 November 2016 13:53

100 və 200 metr masəfəyə qaçışda dünya rekordçusu Usain Bolt yayda yüngül atletika karyerasına son verəcək. Londonda keçiriləcək dünya çempionatından sonra 30 yaşlı sprinter futbolda özünü sınamaq niyyətindədir. Yamaykalı atlet "Borussia Dortmund"da məşq etmək üçün danışıqların getdiyini bildirib.

""Borussia"nın nümayəndələri ilə danışıqlar aparırıq. Görək bundan nə çıxacaq. "Manchester United"də oynaya bilsəydim, arzum yerinə yetərdi".

Ötən il Bolt "Manchester United"in rəsmi kanalına açıqlamasında klubda ona sınaq müddəti verilməsini istəmişdi. "Formadayam, sürətliyəm, topla rəftar edə və oyunu başa düşə bilirəm", - Olimpiya çempionu fikrini əsaslandırmışdı.


Tags:  Bolt futbol klubunda oynamaq istəyir

RƏYLƏR


Top news