Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rihannanın ayaqqabısını Bakıya gətirən, süni gülləri dirildən SİRLİ QADIN - FOTOLAR

Rihannanın ayaqqabısını Bakıya gətirən, süni gülləri dirildən SİRLİ QADIN -  FOTOLAR

Date: 15 November 2016 11:48

Rəngbərəng çiçəklər, divardan asılmış, güllərin ətri duyulacaq qədər canlı olan sənət əsəri, gözqamaşdıran çılçıraq, dəbdəbəli geyimlər, qeyri-adi aksessuarlar və daha nələr, nələr…

Bura yalnız satış məqsədilə açılmış mağaza deyil. Eyni zamanda, ruhun dincəldiyi yer, çiçək bazarını xatırladan zərif, həm də ən əsası, fərqli bir məkandır. Bu məkanın sahibəsi isə ruhunu kirlətməyən, sirli qadın Dünya Behrudidir.

Qələm adamıdır, uzun müddət yaradıcı dünyasından uzaq düşən Dünya xanım həm də özünü ifadə etmək üçün məhz belə bir qeyri-adi oazisini yaratmaq qərarına gəlib. Burda hər şey onun zövqü ilə bəzədilib. Onu mağaza açmağa vadar edən başqa səbəblər də var:

“Xanımlar tanıyıram ki, iki-üç gündən bir geyim, çanta, ayaqqabı alır. Çoxunu da heç geyinmir. Sonra da tez dəbdən düşməsindən, keyfiyyətsizliyindən, yaxud da ürəklərincə olmamasından gileylənirlər. Nəticədə bir ətək pul xərcləyirlər, amma aldıqları da elə qarderobda qalır.

Yəqin çoxu məni qınayacaq ki, camaat çörək, normal dolanışıq dərdindədir, bu nə danışır. Razıyam çünki mən özüm də belə yazılar oxuyanda bu cur düşünmüşəm. O qədər adamlar tanıyram ki, kirayədə qalır. Amma borca düşüb, lazım oldu-olmadı geyim, aksessuarlar alır. Bu da yəqin xəstəlik kimi bir şeydir. Məndə isə bir az başqa cürdür. Mən bəzən bir il heç nə almaya bilərəm. Amma on il əvvəl aldığımı geyinəndə hamı təəccüblə soruşur ki, bunu hardan almısan? Gözəl fərqli, dəbli. Bu cür geyimləri bir arada toplayan butik açmaq arzusunda idim, bunu da reallaşdırdım”.

Dediyinə görə, yeni fəaliyyətə başlayan butikdə gördüyümüz bütün əlbisələr və aksessuarlar məşhurların geyindiyi brendlərin ekskluzividir. Bəli, düz eşitdiniz. Cenifer Lopes, Beyons, Rihannanın geyindikləri libasları, ayaqqabıları, istifadə etdikləri çanta və digər aksesuarları yerli xanımlar da əldə edə biləcək. Məşhurlar dünya ulduzlarından geri qalmaq istəmirsə, bu mağazaya üz tuta bilərlər.

Onu da qeyd edək ki, mağazada xanımlar üçün ziyafət, gündəlik, eləcə də idman üslubunda olan geyimlər satılır.

“Gördüyünüz bu libaslar İtaliya, Fransa, Amerika, İngiltərə və digər Avropa ölkələrindən gətirilib, hərəsindən bir dənədir, yəni ekskluzivdir. Bizim xanımlar dünya ulduzlarını geridə qoyacaq gözəlliyə malikdir. Azərbaycan xanımları hər zaman dəblə ayaqlaşmağı, zövqlə geyinməyi bacarıblar, xanım-xatınlığı ilə seçiliblər. Əlbəttə, gözəl geyimlər xanımların gözəlliyinə daha da gözəllik qatır. Butikimizə gələn xanımların darıxmaması üçün də çalışmışıq, ruhən dincəlməsini nəzərə almışıq. Düşünürəm ki, çiçəklərlə bəzənən belə bir məkanda heç bir alıcı darıxmaz”.

Butikdə azyaşlı xanımlar da yaddan çıxmayıb. Uşaqlar üçün də qeyri-adi ayaqqabılar, kürklər, aksessuarlar satılır.

Nə gizlədim, içəri daxil olduğum andan diqqətimi çəkən və hərisliklə qoxuladığım güllərin əvvəlcə canlı olduğunu zənn edirdim. Hətta düşünürdüm ki, yəqin bunlar mağazanın açılışına gətirilən çiçəklərdir. Sarı, göy tülpan və qızılgülləri sən demə süni canlı güllərmiş. O da nə vaxtsa, mənim kimi, eyni hissləri keçirdiyini söylədi:

“Mən də nə zamansa, bu gülləri canlı bilib qoxulamışdım. İllər öncə xarici ölkədə gördüyüm gülləri Bakıda çox axtardım, amma tapa bilmədim. Çox az qadın tapılar ki, gülləri sevməsin, beləsi heç yoxdur da. Dilimizə tərcümədə bu güllər solmayan süni canlı çiçəklər adlanır. Düşündüm ki, onları Azərbaycana gətirim. Məncə, bu çiçəklərlə tez-tez solmuş gülləri dəyişmək məcburiyyətində qalan otellərin, şadlıq saraylarının foyelərini bəzəmək olar”.

Maraqlıdır, bu geyim butiki digərlərindən nə ilə fərqlənəcək?

Dünya xanım deyir ki, bu geyim butiki digərlərindən burdakı geyimlərin, aksessuarların hər zamanla ayaqlaşan gözəl, keyfiyyətli, eleqant olmasıyla fərqlənəcək. Xanımlar dünyanın tanınmış dizaynerlərinin əl işlərini əldə etmiş olacaqlar.

Bu gözəl bütikdən xoş təssüratla ayrıldıq. Özlərinə dəyər verən zərif xanımlar, həmişə zərif və kübar görünmək istəyirsinizsə, yolunuzu “Meqafon”da yerləşən “Look at me” mağazasından salın. Həm gözünüz dincələcək, həm ruhunuz sevinəcək, həm də istədiyinizi alıb, geyinib-gecinib sevdiklərinizin gözündə daha da gözəl görünəcəksiniz. Nahaq deməiyblər e, gözəllik ondur, doqquzu dondur.

Cəvahir

Foto: Elçin Murad
























Tags:  Rihannanın ayaqqabısını Bakıya gətirən süni gülləri dirildən SİRLİ QADIN FOTOLAR

RƏYLƏR


Top news