Məncə, kişilərin ən böyük dərdidir xanımlarla alış-verişə getmək. Xanımı ilə mağazaya getməmək üçün hər cür bəhanəyə razı olan kişilər var, hətta ev təmizliyini üzərinə götürənlərin olduğunu da görmüşəm. Və elə bir qadın tapılmaz ki, onunla alış-verişə getmək istəməyən kişiyə bu sözləri deməsin: “Bilirəm, bilirəm, puluna qıymırsan, bilirəm, yaxşı bilirəm”.
“Bilirəm” sözünün mütləq əvvəldə və axırda təkrar-təkrar deyilməsi də ayrı bir məsələdir. Təbii ki, söhbət ərzaq alış-verişindən yox, geyimdən gedir.


Və mütləq hər şey belə olur:

- Səni şəhərin ən böyük mağazalarına salırlar və “bir şeyə baxım çıxırıq” deyərlər. Əgər sən kənarda bir yerdə əyləşib gözləmək istəsən, olmaz. Mütləq onların baxdıqlarına sən də baxmalısan. Fikrini dönə-dönə soruşarlar, amma sonda öz düşündüklərini edərlər. Ən pisi isə odur ki, saatlarla paltarlara baxandan sonra “hamısı keçən ilki modeldir”, yaxud “mən istədiyim burda yoxdur” deyib heç nə olmamış kimi oranı tərk edərlər və sən deməyə söz tapmazsan. Amma heç nə almasalar belə, çox xoşbəxt olarlar.

Sonradan məlum olur ki, bu da bir xəstəlik imiş. Adı da “şopinq”, daha doğrusu bu xəstəlik də yox, ona bənzər bir sevgidir.

Unutmadan bura haradan gəldiyimizi deyim. Deməli, bu həftə Rihannanın ayaqqabısı Bakıya gəlib. (Özü yox ha, ayaqqabısı. Bəlkə də bu özünün gəlişinin müjdəçisidir). Xanımlarımızın həmin mağazaya axışması bir yana qalsın, bizim oxucularımız – kişili, qadınlı, fərq etməz – bu xəbərə axışdılar.

Azərbaycanlı “vor”ların Rihanna uğrunda davası – ŞOK DİALOQ

Rihannanın ayaqqabısını Bakıya gətirən, süni gülləri dirildən SİRLİ QADIN - FOTOLAR

Bu məkandan ayrılmaq olmur...