"Heydər Əliyev Sarayında konsert vermək başqa məsuliyyətdir. Müğənni gedib yeməkxanada oxuyub, "konsert verdim" deyirsə, onun sənəti elə ora qədərdir".
Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Xəzər maqazin"ə açıqlamasında deyib.
Tolik bildirib ki, müğənnilər böyük səhnəyə çıxmaqdan qaçırlar:
"Tələbatlı olmadıqları üçün onlar böyük konsert zallarında yox, restoranlarda çıxış edirlər. Niyam Salami kimi müğənnilər restorandan başlamalıdırlar. Seda Sayan, Ebru Gündeş də pavilyondan gəlib. Bu normaldır, bunun adını konsert qoymasınlar. Aygün Kazımova 25 il əvvəl çıxıb restoranda oxuya bilərdi. Yazılırdı "Aygünlü gecələr", hamı bilet alıb gedirdi. Bu bir şou idi. İndikilər isə pivəxanada çıxıb oxuyur, adını qoyur "konsert verdim". Bu sənət göstəricisi deyil".
Tolik şou-biznesin artıq olmadığını söyləyib:
"Şou-biznes ölüb, Allah rəhmət eləsin. İndi şou-biznes ancaq toylardadır. Afişalar xarici yox, bizim müğənnilərlə dolmalıdır. Hamısı deyir ki, pulumuz yoxdur konsert verək. İldə nə qədər toya gedirlər. Hər toydan 500 manat kənara atsalar, ilin axırında nə qədər pul olar, konsert verə bilərlər".
Prodüser müğənnilərin türk mahnıları oxumasını da qınayıb:
"Bizə öz musiqilərimiz lazımdır. Rəşid Behbudovun mahnılarını oxuyun, niyə etmirsiniz? Demək, istəmirlər oxumaq. Qaçırlar türk mahnılarının arxasınca".
Tolik əsəbiləşdi: "Pivəxanada oxuyur, adını qoyur konsert"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Pensiyası kəsilənlərə müjdə - Bu halda yenidən bərpa oluna bilər
Bu gün
·
18:57
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
Bu gün
·
18:17
25 il əvvəl Bakıda törədilən qətlin üstü açıldı
Bu gün
·
17:28
Gəncədə ağır qəza oldu - Xəsarət alanlar var
Bu gün
·
17:25
Leyla Əliyeva Özbəkistanda sərgi ilə tanış oldu - FOTO
Bu gün
·
17:11
İlyas Abdiyevə vəzifə verildi - FOTO
Bu gün
·
16:53
Qripə qarşı peyvəndlənmə başladı
Bu gün
·
16:28
Tramp: “Yaxın zamanda nəsə olacaq”
Bu gün
·
16:26
Tovuzda 56 yaşlı kişi güllələnərək öldü
Bu gün
·
16:19
Elşən Babayev işdən çıxarıldı
Bu gün
·
16:11
Məhkəmə Kamran Əsədova xəbərdarlıq etdi
Bu gün
·
16:09
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
16:05
Keçmiş icra başçıları indi haradadır? - FOTO
Bu gün
·
15:58
Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var
Bu gün
·
15:43
Bakıda iş adamı oğlu tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün
·
15:22