“O Səs Türkiyə”-nin FIRILDAQLARI: İstedadlar necə məhv edilir? - FOTOLAR

“O Səs Türkiyə”-nin FIRILDAQLARI: İstedadlar necə məhv edilir? -  FOTOLAR
17:18 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qardaş ölkədə keçirilən “O Səs Türkiyə” mahnı müsabiqəsi Azərbaycanda da böyük maraqla izlənilir. Türkiyənin ən reytinqli yarışmasında iştirak edən həmyerlilərimizin sayı isə ildən-ilə artır.

Foto: Bülten

Müsabiqənin əsas məqsədi Türkiyənin ən istedadlı səsini tapıb xalqa təqdim etməkdir. Düzdür, həmin səs tapılır. Amma təəəssüf ki, qalib olan "o səs"in sonrakı taleyi elə də ürəkaçan olmur. Yarış müddətində bu iştirakçılar böyük populyarlıq qazansa da, veriliş bitən kimi sanki onlar qeybə çəkilirlər. Bəs səsləri ilə həm Türkiyəni, həm Azərbaycanı, həm də digər ölkələri fəth edən iştirakçılar musiqi fəaliyyətini niyə davam etdirmir? Nə üçün onların məşhurluğu kəpənək ömrü qədər olur?

Publika.az “O Səs Türkiyə” mahnı müsabiqəsinin qaliblərini yada salaraq, onların hazırda nə işlə məşğul olduğunu araşdırıb.

“O Səs Türkiyə 2012”-nin qalibi Oğuz Berkay Fidan

Foto: Ekran görüntüsü

2012-ci ildə ilk dəfə efirə çıxan “O Səs Türkiyə” müsabiqəsinin münsif heyətinə Murad Boz, Hadisə, Mustafa Sandal və Hülya Avşar kimi məşhur simalar daxil idi. “O Səs Türkiyə”-nin ilk mövsümünün çempionu Murad Bozun komadasından Oğuz Berkay Fidan olmuşdu. Oğuz Berkayın yarışmadan sonrakı karyerası uzun müddət müzakirə edilmiş, hətta Murat Bozun onu musiqi bazarına necə təqdim edəcəyi maraqla gözlənilmişdi. Lakin Murad Boz verdiyi sözünün üstündə dayanmadı və Oğuzun piarı ilə məşğul olmadı. Oğuz Berkay qalib olduqdan sonra geridə qoyduğu bu 4 il ərzində cəmi bir mahnı yazdıra bilib. O da öz hesabına. Lakin onun yeganə işi də bəhrəsini vermədi. Və "Beni ellerden sayma" adlı bu mahnı hitlər arasına daxil ola bilmədi.

“O Səs Türkiyə 2013”-ün qalibi Mustafa Bozkurt

Foto: Ekran Görüntüsü

O Ses Türkiye birincileri kimler - Tüm sezonlar

“O Səs Türkiyə”-nin 2-ci mövsümünün münsif kürsüsündə yenə Murad Boz, Mustafa Sandal, Hülya Avşar və Hadisə əyləşmişdi. Bu mövsümün qalibi Mustafa Sandalın komandasından olan adaşı Mustafa Bozkurt olmuşdu. İki mövsümün qalibi Mustafa Sandalın qrupundan olan Mustafa Bozkurt da Oğuzla eyni taleyi yaşayır. O, insanların yaddaşında yalnız səsinin Əhməd Kayaya oxşarlığı ilə qalır. Mustafa Bozkurta mükafat olaraq 130 min TL dəyərində “Toyota” hədiyyə olunur.

“O Səs Türkiyə 2014”-ün qalibi Həsən Doğru

O Ses Türkiye birincileri kimler - Tüm sezonlar

Foto: Ekran görüntüsü

“O Səs Türkiyə”-nin 3-cü mövsümü daha çox münsif dəyişikliyi ilə yadda qalır. Həmin il Mustafa Sandal və Hülya Avşarın əvəzinə jüri heyətinə Gökhan ilə Ebru Gündeş qatılır. “O Səs Türkiyə 2014”-ün finalına qalan 4 iştirakçının 4-dü də eyni şəxsin - Gökhan Oğuzun komandasından olur. Gərgin mübarizədən sonra “O Səs Türkiyə”nin üçüncü çempionu adına Həsən Doğru layiq görülür. Güclü səsi sayəsində Həsən Doğru uzun müddət şou gündəmində qalsa da, adını musiqi bazarına daxil etməyi heç cür bacarmır. O, müsabiqədən sonra sadəcə arıqlaması ilə gündəmə gələ bilib.

“O Səs Türkiyə 2015”-in qalibi Elnur Hüseynov

O Ses Türkiye birincileri kimler - Tüm sezonlar

“O Səs Türkiyə 2015”-in münsif kürsüsündə bu dəfə Hadisə, Gökhan, Ebru Gündeş və Mahzar Alanson-Özkan Uğur əyləşmişdi. 4-ci mövsümün ilk pilləsinə Ebru Gündeşin komandasından yer alan həmyerlimiz Elnur Hüseynov qalxdı. Türkiyə mətbuatının yazdığına görə, Elnura müsabiqədə qalib olduğu üçün 150 min TL dəyərində avtomobil hədiyyə edilir.

Müsabiqənin ilk günündən bənzərsiz səsi və performansı ilə türk xalqının sevgisini qazanan Elnur elə həmin il Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi oldu. “Eurovison” müsabiqəsində isə Elnur sadəcə 12-ci yerlə kifayətləndi.

Foto: Bülten

Yeri gəlmişkən, Ebru Gündeş Elnura albomunu çıxartmağa söz vermişdi, hətta mətbuatda albom üzərində hazırlıqlar getdiyi də yazılmışdı. Təəssüf ki, Ebrunun həyat yoldaşı Rza Zərrabın həbs məsələsindən sonra türkiyəli sənətçi Elnura verdiyi sözü unudur.

Azərbaycan mətbuatından uzaq gəzən Elnurun hazırda Türkiyədə yaşadığı deyilir. Müğənninin bacısı Ayka Hüseynovanın sözlərinə görə, Elnur İstanbulda yaşayır və musiqi fəaliyyətini orada davam etdirir. Azərbaycanın məşhur vizajistlərindən olan A.Hüseynova onu da bildirib ki, Elnur pərəstişkarlarını yaxın zamanlarda sevindirəcək. Əldə etdiyimiz məlumata görə, heç zaman ulduzluq iddiasında olmadığını deyən müğənni türk koverlərindən ibarət plastinka yazdırmağı düşünür.

“O Səs Türkiyə 2016”-nın qalibi Emre Sertkaya

O Ses Türkiye birincileri kimler - Tüm sezonlar

Foto: Bülten

“O Səs Türkiyə”-nin 5-ci mövsümünün münsif kürsüsündə isə Murad Boz, Hadisə, Ebru Gündeş, Gökhan və Hakan Özoğuz əyləşmişdi. Olduqca həyəcanlı keçən “O Səs Türkiyə 2016”-nın çempionu Gökhan və Hakanın komandasının iştirakçısı Emre Sertkaya oldu. Xarizması ilə qızların rəğbətini qazanan Emre Sertkaya da adlarını çəkdiyimiz digər qaliblər kimi qeybə çəkilib. Gənc ifaçıdan uzun müddətdir ki, səs-soraq yoxdur. Ona müsabiqədən yalnız “KIA SPORTAGE” avtomobili və qısamüddətli populyarlıq qalıb.

Bəs yerli ifaçılarımızın da iştirak etmək üçün dəridən-qabıqdan çıxdığı "O səs Türkiyə" qaliblərinə nə vəd edir?

Dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqənin qaliblərinə mükafat əvəzində ilk olaraq son model avtomobil və iştirakçının seçdiyi müğənni tərəfindən albomunun çıxarılmasına söz verilir. Yuxarıdakı siyahı isə bir daha göstərir ki, yarışmanın təşkilatçıları sözünün üstündə durmur. İştirakçılar da qısamüddətli məşhurluqla kifayətlənməli olur.

Ən maraqlısı isə odur ki, gənc ifaçılar arzusu ürəyində qalan qalibləri görəndən sonra da bu müsabiqədə iştirak etmək üçün dəridən-qabıqdan çıxırlar.

“O Səs Türkiyə” ulduzlarının dodaquçuqladan həftəlik qonorarları

“TV8”-də yayımlanan “O Səs Türkiyə” mahnı yarışmasının münsiflərinin həftəlik qonorarları açıqlanıb.

O SES TÜRKİYE BİRİNCİSİ BU SEFER PARA ÖDÜLÜ ALMIYOR!! EMRE SERTKAYA’NIN ALACAĞI ÜCRETİ DUYAN JÜRİ BİLE ŞOK GEÇİRDİ!

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bir ovuc qarpız tumunu qaynar suya atın - Nəticəsi sizi çox təəccübləndirəcək!

23 Avqust 2017 16:18

Badamı isladıb yeyin, MÖCÜZƏNİN şahidi olun

23 Avqust 2017 16:18

Avropa ənənəvi enerji növlərindən imtina edir

23 Avqust 2017 16:17

FHN: Nərimanovda binanın həyətində taxta hasar yanır

23 Avqust 2017 16:17

Bakıda yaşayış binası yanır

23 Avqust 2017 16:08

Xəzərdə batan 2 nəfər xilas edilib

23 Avqust 2017 16:06

Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb

23 Avqust 2017 16:02

Dənizdə boğulan 2 nəfər xilas edildi

23 Avqust 2017 15:59

Təmkin Xəlilzadə: "Azərbaycan millisinə dəvət olunduğumu sizdən eşidirəm"

23 Avqust 2017 15:57

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

23 Avqust 2017 15:57

Dünyanın ən seksual aktrisasını bu hala saldılar – FOTO

23 Avqust 2017 15:53

"Faytonçu" Nazim onu xəstə salan həkimi polisə verdi: "62 minimi qaytarsın" - VİDEO

23 Avqust 2017 15:49

Millinin heyəti: kimlər var, kimlər yox?

23 Avqust 2017 15:47

Bakı sakinləri vəd verdi: "Qarabağ" qalib gəlsə... (VİDEOSORĞU)

23 Avqust 2017 15:47

Gədəbəyin bu kəndində işıq dirəyini ağaclar əvəz edir

23 Avqust 2017 15:47

Azərbaycanda dəhşətli ailə dramı: ata qızını və arvadını öldürdü, oğul hamısını yandırdı - TƏFƏRRÜAT

23 Avqust 2017 15:44

Lerikdə 3 ailə üzvünün qətli və evin yandırılması ilə törədilmiş ağır cinayətin üstü açıldı

23 Avqust 2017 15:43

Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

23 Avqust 2017 15:42

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir

23 Avqust 2017 15:42

UNİCEF 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib

23 Avqust 2017 15:39

Aprel müharibəsindən daha DƏHŞƏTLİ: Bu saziş İrəvan üçün KABUS OLACAQ

23 Avqust 2017 15:38

Dünyada ən böyük məlumat mərkəzi tikiləcək

23 Avqust 2017 15:35

Lezbiyan şairlərin ehtiraslı eşq macəraları: İçki gecələrində doğulan MƏŞHUR SEVGİLƏR - FOTOLAR

23 Avqust 2017 15:33

VƏHŞİLİK: Pişiyin dərisini soyub küçəyə atdılar

23 Avqust 2017 15:33

Polad Bülbüloğlu: "Yeni baş direktor YUNESKO-nu maliyyə baxımından daha müstəqil etməlidir"

23 Avqust 2017 15:27

Tərəvəzli badımcan dolması

23 Avqust 2017 15:25

Marqvelaşvili: "Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır"

23 Avqust 2017 15:23

“Nə oldu sənə, nə oldu belə” – Səbuhi Məmmədli Bayram Kürdəxanılıdan yazır

23 Avqust 2017 15:19

Prosineçki heyəti açıqladı: 2 oyuna 25 futbolçu

23 Avqust 2017 15:17

"Başakşəhər" İspan klubu ilə heç-heçə etdi

23 Avqust 2017 15:13

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb

23 Avqust 2017 15:12

3650 tələbə ali məktəbini dəyişmək istəyir

23 Avqust 2017 15:09

Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxsin məhkəməsi başlayıb

23 Avqust 2017 15:07

İdeal blinçik hazırlamağın 8 üsulu

23 Avqust 2017 15:03

Avrozona iqtisadiyyatında inkişafın dayanması siqnalları gəlir

23 Avqust 2017 15:02

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ və RƏSMİLƏRİN SÜKUTU

23 Avqust 2017 14:59

Əfqanıstanda TERROR : 6 ölü, 42 yaralı

23 Avqust 2017 14:58

Nazirlik Bakıda müşahidə edilən toz dumanı ilə bağlı operativ iş rejiminə keçib

23 Avqust 2017 14:57

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 Avqust 2017 14:57

BAKI: Toz-dumanla bağlı operativ iş rejiminə keçildi

23 Avqust 2017 14:56

Toz normadan 32 faiz çoxdur - Nazirlik operativ rejimə keçdi

23 Avqust 2017 14:54

ABŞ-ın müdafiə naziri Türkiyədə rəsmi səfərdədir

23 Avqust 2017 14:52

Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb

23 Avqust 2017 14:52

Metbuat.az-da "Məşhur saatı"

23 Avqust 2017 14:50

Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı

23 Avqust 2017 14:48

Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb

23 Avqust 2017 14:47

Bu məşhurlarımız avtomobil qəzasında ölüb

23 Avqust 2017 14:45

Rusiyadan bəyanat: “ABŞ-a olan ümidlərimizi itirməmişik”

23 Avqust 2017 14:43

ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən daha biri satılıb

23 Avqust 2017 14:42

TEST: Balın təbii olub-olmadığını belə yoxlayın

23 Avqust 2017 14:38