Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ebrü Gündeş haqqında qərar ləğv olundu

Ebrü Gündeş haqqında qərar ləğv olundu

Ebru Gündeş keçmişindən narazıdır - FOTO (24 Mart 2017 09:47)
Ebru Şallı ilə Cem Yılmaz evlənir? - FOTO (23 Mart 2017 12:05)
Ebru Gündeşin gənc qalmasının sirri ortaya çıxdı - FOTO (22 Mart 2017 11:32)

Tarix: 24 Noyabr 2016 22:57

Türkiyəli müğənni Ebru Gündeş məhkəmədə ifadə verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənətçi Beykoz Kanlıca prospektindəki villalarında "mədəniyyət və təbiət abidələrinin mühafizəsi" qanununa əks təmir işləri apardığı iddiasına görə 3 ilə qədər həbs olunmağı tələbilə Beykoz 1-ci Asliyə Cəza məhkəməsinə çağırılıb.

O, noyabrın 25-də baş tutacaq məhkəmə prosesində xarici ölkədə olacağına görə iştirak edə bilməyəcəyini bildirib, buna görə də 11 gün əvvəl vəkilinin iştirakı ilə dindirilib.

Qeyd olunur ki, E. Gündeş bundan öncəki məhkəmə prosesinə qatılmadığı üçün onun haqqında məhkəməyə məcburi gətirilmə qərarı verilmişdi, lakin o, öncədən gəlib ifadə verdiyinə görə hakim bu qərarı ləğv edib

Xatırladaq ki, sənətçinin Mayamidə həbs olunan əri, azərbaycan əsilli iş adamı Kanlıca sahilində 3 villadan ibarət Mehmet Arif bəy villalarından ikisini 2011-ci ildə alaraq bunları özü ilə Ebru Gündeşin adına qeydiyyata keçirib. O, tarixi əsər kimi tanınan malikanələrdə təmir işlərinə başlayıb. Bu isə qanunlara əks olduğuna görə ondan məhkəməyə şikayət olunub. Beykoz Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə villalarda lift tikildiyi, binanın daxilinin dəyişdirildiyi aşkarlanıb.

İddianamədə şübhəlilər - R. Zərrab, E. Gündeş və təmir işlərini aparan Hakkı Süha Gökdemi haqqında 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunub.

Milli.Az


Teqlər:  Ebrü Gündeş haqqında qərar ləğv olundu



RƏYLƏR


Top xəbərlər