FİFA ən yaxşı azarkeş qrupu adına namizədlərin siyahısını açıqlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, qalib adını qazanmaq üçün 3 komandanın fanatları onlayn mübarizə aparacaqlar.
Ali futbol qurumunun birinci namizədi Hollandiyanın "Den Haag" klubunun azarkeşləridir. Onlar öz aralarında pul toplamış, Rotterdamın "Sofia" uşaq evinin kiçik sakinləri üçün oyuncaqlar almış və bu oyuncaqları "Feyenoord"la oyunda öz sahiblərinə təqdim etmişdilər.
İkinci namizəd isə "Liverpul" və "Borussiya" azarkeşləridir. Hər iki komandanın fanatları birlikdə məşhur "You`ll never walk alone" mahnısını səsləndiriblər.
Mükafata üçüncü namizəd isə AÇ-2016-da "Hu!" şüarı ilə populyarlaşan İslandiya millisinin tərəfdarları göstərilib.
Seçimlər FİFA-nın rəsmi saytında aparılacaq.
Milli.Az