Şənbə günü "Stok Siti"nin qapısına 250-ci qolunu vuran Ueyn Runiyə Çindən təklif gəlib.
Fanat.Az xəbər verir ki, adı gizli saxlanılan Çin klubu Runiyə həftədə 1 milyon funt-sterlinq maaş təklif edir. "The Sun" qəzetində çalışanların iddiasına görə, Runi Çinə yollanmağın əleyhinə deyil.
Qeyd edək ki, Runi "Mançester Yunayted"də 2004-cü ildən çıxış edir.
Fanat.Az