APL, 25-ci tur: "Liverpul" tilsimi qırdı - BÜTÜN NƏTİCƏLƏR

APL, 25-ci tur: "Liverpul" tilsimi qırdı - BÜTÜN NƏTİCƏLƏR
02:03 12 Fevral 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 25-ci turun 7 oyunu başa çatıb.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Arsenal” “Hall Siti”ni 2:0 hesabıyla məğlub edib.

Turun mərkəzi oyunu isə Liverpulda baş tutub. Premyer Liqadakı son 5 oyununda qələbəyə həsrət qalan “Liverpul” son vaxtlar yaxşı formada olan və turnir cədvəlində 2-ci pillədə qərarlaşmış “Tottenhem”i qəbul edib. Sadio Manenin dublu "qırmızılar"a qələbə qazandırıb. Yurgen Kloppun yetirmələri 5 oyunluq qələbəsiz seriyaya son qoyub.

Lider “Çelsi” isə sabah “Bernli”nin qonağı olacaq. (komanda.az)

İngiltərə Premyer Liqası, 25-ci tur

11 fevral

Arsenal - Hall Siti 2:0

Qol: Aleksis Sançes, 34; 90+3-pen.

Qırmızı vərəqə: Klukas, 90+1 (Hall Siti).

Mançester Yunayted - Uotford 2:0

Qol: Mata, 32. Marsial, 60.

Midlsbro - Everton 0:0

Stok Siti - Kristal Pelas 1:0

Qol: Allen, 67.

Sanderlend - Sautqempton 0:4

Qol: Qabbiadini, 30; 45. Denayer, 89-avtoqol. Lonq, 90+2.

Vest Hem - Vest Bromviç 2:2

Qol: Fequli, 63. Lanzini, 86 - Çadli, 6. Evans, 90+4.

Liverpul - Tottenhem 2:0

Qol: Sadio Mane, 16; 18.

12 fevral

17:30 Bernli - Çelsi
20:00 Suonsi - Lester

13 fevral

00:00 Bornmut - Mançester Siti

Bombardirlər: Romelu Lukaku (Everton) - 16, Dieqo Koşta (Çelsi) - 15, Aleksis Sançes (Arsenal) - 15, Zlatan İbrahimoviç (Mançester Yunayted) - 15, Harri Keyn (Tottenhem) - 14, Jermen Defo (Sanderlend) - 14.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/187434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR