Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan komandasının hədəfləri barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı qeyd edib ki, onlar üçün La Liqada çempionluq Çempionlar Liqasında birincilikdən daha önəmlidir: "Uzun zamandır, İspaniya liqasında çempion ola bilmirik. Çempionlar Liqasını və La liqanı qazanmaq üçün əlimizdən gələni edəcəyik. Amma əsas hədəfimiz İspaniya çempionluğudur".

Zidan "Barselona"nın Çempionlar Liqasında 1/8 finalının cavab qarşılaşmasında PSJ-ni məğlub edərək (6:1) növbəti mərhələyə yüksəlməsinə də toxunub: "Onlardan çəkirmirik. "Barselona" yenə əvvəlki komandadır. Onların PSJ-ni məğlub etməsi bizim gözümüzü qorxutmadı. O qələbə heç nəyi dəyişdirməyəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində