Zidan da "Lester"dən ehtiyat edir

Zidan da "Lester"dən ehtiyat edir
08:05 17 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final mərhələsində "Lester Siti" ilə qarşılaşmaq istəmədiklərini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis fikrini ingilislərin üzərində təzyiq hiss etməməsi və üərklə oynaması ilə əsaslandırıb.

""Lester"lə düşmək istəyən yoxdur. Biz də, həmçinin. Onlar qarşıya qoyduqları məqsədə doğru gedir. Klubun İngiltərə çempionu olacağına da çoxları inanmırdı. Bəziləri düşünürdü ki, "Sevilya"ya uduzandan sonra mübarizəni dayandıracaqlar. Belə olmadı. "Lester Siti" turnirin favoriti deyil. Onlar üzərində təzyiq yoxdur, hər şey baş verə bilər. Komandada bir neçə istedadlı futbolçu var. Belə rəqiblərə qarşı oynamaq həmişə ağırdır. Bu mərhələdə istənilən komanda öz gücünə inanmağa başlayır və turnirdə qalib gəlməyi arzulayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR