Fatih Terim 4 futbolçunu sildi

Fatih Terim 4 futbolçunu sildi
21:57 18 Mart 2017
141 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə milli komandasının Finlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı və Moldova ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 


Fanat.Az xəbər verir ki, baş məşqçi Fatih Terim 3 oyunçunu ilk dəfə milliyə dəvət edib. Belə ki, baş məşqçi Güray Vural, Deniz Türüç və Serdar Gürleri milliyə dəvət edib.


Əvəzində "İmperator" ləqəbli mütəxəssis Yalçın Ayhan, Bilal Başacıkoğlu, Hasan Ali Kaldırım və Tolqa Ciğerciyə bu dəfə ehtiyac duymayıb.


Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: İsmail Köybaşı, Mehmet Topal, Şener Özbayraklı (hamısı "Fənərbaxça"), Ahmet Çalık ("Qalatasaray"), Gökhan Gönül ("Beşiktaş"), Güray Vural ("Kayserispor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Ömer Toprak ("Bayer", Almaniya).

Yarımmüdafiəçilər: Olcay Şahan, Okay Yokuşlu (ikisi də "Trabzonspor"), Serdar Gürler ("Gənclərbirliyi"), Deniz Türüç ("Kayserispor"), Oğuzhan Özyakup ("Beşiktaş"), Selçuk İnan ("Qalatasaray"), Cengiz Ünder ("Başakşehir"), Volkan Şen ("Fənərbaxça"), Emre Mor ("Borussiya" Dortmund, Almaniya), Arda Turan ("Barselona", İspaniya), Emre Çolak ("Deportivo", İspaniya), Kaan Ayhan ("Fortuna" Düsseldorf, Almaniya).

Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Tvente", Hollandiya), Yunus Mallı ("Volfsburq", Almaniya).


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fatih-terim-4-futbolcunu-sildi-t57011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR