"DÇ-2018"in seçmə mərhələsində dünən Finlandiyaya 2:0 hesabı ilə qalib gələn Türkiyə millisinin heyətindən 3 futbolçu çıxarılıb.


Bunlar qapıçı Volkan Babacan, müdafiəçi Ömər Toprak və yarımmüdafiəçi Volkaş Şəndir.


Hər üç futbolçu baş məşqçi Fatih Terimin icazəsi ilə millinin düşərgəsini tərk edib.


Qeyd edək ki, “ay-ulduzlular” martın 27-də Moldova ilə yoxlama oyununda üz-üzə gələcək.


Fanat.Az