""O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar"

""O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar"
12:57 26 Mart 2017
268 Şou
Ölkə mətbuatı
A- A+

"2014-cü ildə Bursa şəhərinə bacımgilə qonaq getmişdim. Həmin ərəfədə "O səs Türkiyə"nin seçim turları idi".

Milli.Az xəbər verir ki, bu sözləri sputnik.az-a açıqlamasında "Xalq ulduzu", "Türkünü söylə", "O səs Türkiyə" kimi məşhur TV-şoularının iştirakçısı, gənc müğənni Tamara Muradova deyib.

Onun sözlərinə görə, "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanır:

"Ətrafımda mənə yaxın olanların hamısı bu müsabiqədə iştirakımı çox istəyirdilər, mən isə tərəddüd edirdim. Nəhayət ki, bacım məni seçim turlarına apardı. İlk ifam, musiqisi çox dəyərli bəstəkarımız Tofiq Quliyevə, sözləri isə mərhum şairimiz Rəsul Rzaya məxsus olan "Sənə də qalmaz" mahnısı oldu və mənə uğur gətirdi. Üç münsifin diqqətini cəlb edib, özümə tərəf döndərməyi bacardım. Mən isə Mazhar və Özkan qardaşlarını seçdim. Seçimdən sonra çoxları yanlış seçim etdiyimi deyirdilər. Bəziləri Ebru Gündeşi, bəziləri isə Gökhanı seçməli olduğumu deyirdilər. Bəlkə də haqlı idilər.  Bu müsabiqə daha çox tanınmağıma səbəb olsa da, mən özümü orada göstərə bilmədim. İlk iki turda qalib gəldim, üçüncü turda isə məğlub oldum. İstədiyim mahnını ifa etməyimə imkan vermədilər. Bu səbəbdən ürəksiz oxudum və bu da məğlubiyyətimə səbəb oldu. "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar. Səbəb isə bizim onlardan daha güclü səsə malik olmağımız idi. Elnur Hüseynovun qalibiyyətini çoxları həzm edə bilmirdilər. Əgər azərbaycanlılara qarşı münasibət birmənalı deyilsə, demək ki, bizi özlərindən daha üstün bilirlər".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR