Türkiyə milli yoldaşlıq oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fatih Terimin rəhbərlik etdiyi komanda Əskişəhərdə Moldova yığması ilə üz-üzə gəlib.

Əsasən gənc futbolçularla mübarizə aparan "ay-ulduzlular" 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, türklər DÇ-2018-in seçmə mərhələsinin son oyununda Finlandiyanı 2:0 hesabı ilə məğlub edib.

27 mart

Yoldaşlıq oyunu

Türkiyə - Moldova - 3:1
Qollar: Əmrə Mor, 14 (1:0), Ahmet Çalık, 24 (2:0), Cengiz Ünder, 52 (3:0), Radu Ginsari, 90+1 (3:1)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində