"Azərbaycanın qapanacağını bilirdik"

"Azərbaycanın qapanacağını bilirdik"
11:17 29 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

“Yoxlama oyunu olsa da, hesab sevindiricidi. Amma oyun baxımından da artırmalıyıq”. Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyənin U-21 millisinin baş məşqçisi Abdullah Ercan deyib.


 

Mütəxəssis Azərbaycan yığması ilə dünən İstanbulda keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. O, təmsilçimiz üzərindəki 4:0 hesablı darmadağına belə şərh verib:  “Azərbaycanla oyunda futbolçularımızın çoxu ilk dəfə milli komanda forması geyindi. Onların özünəinam qazanmaları və daha yaxşı oynaması baxımından yekun nəticə ümidvericidi Rəqibin qapanacağını bilirdik. Cinahlarda üstünlüyü ələ keçirdik Fasilədən sonrakı dəyişikliklər də işə yaradı. 7-8 ay əvvəl bizim heyətdə yer alan 7 oyunçu A millinin Moldova üzərində 3:1 hesablı qələbəsində pay sahibi oldu. Altısı da start heyətindəydi.  Biri isə sonradan meydana çıxdı. Buna görə Fatih Terimə təşəkkür edirəm”.

 

Fanat.Az 

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycann-qapanacan-bilirdikquot-t57185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR