Yaşlı məşhurların gənc sevgililəri - FOTO

Yaşlı məşhurların gənc sevgililəri - FOTO
21:17 2 Aprel 2017
171 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən əsrin əvvəllərində ən inkişaf etmiş ölkələrdə belə yaşlı kişinin və yaxud da qadının özündən çox kiçik sevgilisi olması o qədər də xoş qarşılanmırdı. Lakin illər keçdikcə zənginlərin və ya yaşlı məşhurların öz övladları, hətta nəvələri yaşda sevgililəri ilə birlikdə olması, arada yaş fərqinin getdikcə daha da böyüməsi adiləşməyə başlayır. Artıq bunu adi insanlar arasında da geniş yayıldığının şahidi oluruq. Psixoloqların fikrincə yaşlı kişi və qadınların (xüsusən də məşhurların) gənc sevgilisi olması arzusu yaşlılıq qorxusundan irəli gəlir.

Bəs hansı məşhurlar gənc sevgililəri ilə də məşhurdur?

Milli.Az musavat.com-a istinadən onlardan bir neçəsini təqdim edir:

77 yaşlı əfsanəvi aktyor Al Paçino 40 yaş özündən gənc olan sevgilisi Lyusila Sola ilə yaşayır. Cütlük artıq 7 ildən çoxdur ki, görüşür. Ötən illərdə aktyor ona evlənmək təklifi edəcəyi ilə bağlı açıqlamalar vermişdi: "Mən heç vaxt "heç vaxt" deməmişəm".

Qeyd edək ki, əfsanəvi aktyor bu günədək heç vaxt evlənməyib. Lakin o, 3 övlad atasıdır. Belə ki, aktyorun Cen Tarrant adlı eks-sevgilisindən 27 yaşlı qızı Culi, aktrisa Beverli de Andcelodan əkizləri var.

Məşhur Hollivud ulduzu Nikolas Keyc də bundan əvvəl gənc sevgilisi ilə evlənmişdi. Onun həyat yoldaşı Elis Kim aktyordan 20 yaş kiçik idi. Lakin cütlük 12 illik evlilikdən sonra qalmaqallı şəkildə ayrıldı. İddialara görə cütlüyün boşanma səbəbi Elis Kimin xəyanəti olub.

67 yaşlı Hollivud ulduzu Riçard Gir də bundan əvvəl özündən 34 yaş kiçik sevgilisi ilə Aleksandra Silvani ilə gündəmə gəlmişdi. Cütlüklərin tezliklə evlənəcəyi deyilsə də hələ ki, bu baş verməyib. Qeyd edək ki, aktyor bundan əvvəl iki dəfə evli olub. Onun birinci evliliyindən 16 yaşlı oğlu var.

Hollivud ulduzları aktirsa Ketrin Zeta Consla və həyat yoldaşı Maykl Duqlas arasında da 25 yaş fərq var.

Dünyanın lider ölkəsinin prezidenti Donald Tramp da arvadı Melani Trampdan 28 yaş böyükdür. Bundan əvvəl isə Tramp iki evlilik yaşayıb. 

Türkiyənin məşhur şou-biznes nümayəndələri də tez-tez gənc sevgililəri ilə gündəmə gəlirlər. Məsələn, məşhur müğənni Özcan Dəniz dəfələrlə özündən qat-qat kiçik qızlarla eşq yaşayır. Son olaraq 45 yaşı müğənninin 20 yaşlı Afra Saraoğlu ilə sevgili olduğu barədə məlumat yayılmışdı. Məşhur türk müğənnisi Hande Yener də ötən il özündən 12 yaş kiçik gənc sevgilisi Cem Şenol ilə nişanlanıb. Qeyd edək ki, müğənninin sevgilisindən bir neçə yaş kiçik oğlu var.

Müğənni Ebru Gündeşin isə həyat yoldaşı Rza Zərrabdan 10 yaş böyük olması hər kəsə məlumdur.

Bəs yerli şou-biznesin yaşlı məşhurları arasında gənc sevgilisi olan varmı?

Qeyd edək ki, yerli məşhurlar bu cür məlumatların yayılmasına çox mühafizəkar yanaşsa da, həm kişi həm də xanım məşhurların gənc sevgilisi olduğu haqda ara-sıra yazılar dərc olunur. Məsələn, bir neçə il bundan öncə xalq artisti Niyaməddin Musayevin Rusiyada özündən dəfələrlə gənc olan xanım həmkarı ilə sevgi macərası yaşadığı haqda məlumatlar yayılmışdı. Xalq artistinin gənc həmkarı ilə səmimi fotoları bir müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusuna çevrilmişdi. Qeyd edək ki, Niyaməddin Musayev bir neçə dəfə ailə həyatı quran sənətçilərdəndir. İddialara görə, sənətçi ilk evlliyindən dünyaya gələn övladlarının anasını, analıq hüququndan da məhrum edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR