İbrahimoviçin yeni klubu açıqlandı - İngiltərədən gedir

İbrahimoviçin yeni klubu açıqlandı -   İngiltərədən gedir
12:47 4 Aprel 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviç "Mançester Yunayted"dən ayrılacaq. Fanat.Az xəbər verir ki, isveçli ulduz karyerasını ABŞ-da davam etdirəcək.


Bu barədə məlumat yayan ABŞ-ın "Focus Deportes" dərgisi iddia edib ki, İbrahimoviç MLS klublarındaq "Los Anceles Qalaksi"nin formasını geyinəcək. Xəbərə görə, bundan əvvəl Devid Bekhem və Stiven Cerrardın formasını geyindiyi klubda Bekhemdən daha çox maaş alacaq.


Məlumat üçün bildirək ki, cari mövsümün əvvəlində "Mançester Yunayted"lə 1+1 illik müqavilə imzalayan İbrahimoviçin anlaşmanın uzadılmasının tərəfdarı olmadığı deyilir.


Qeyd edək ki, Zlatan karyerası ərzində İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "İnter", "Yuventus", "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarında oynayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-brahimovicin-yeni-klubu-acqland-t57330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR