Fatih Terim və Emre Mor "Qalatasaray"da

Fatih Terim və Emre Mor "Qalatasaray"da
16:27 6 Aprel 2017
134 İdman
Ölkə mətbuatı
A- A+

Gələn mövsüm Fatih Terim "Qalatasaray"ı çalışdıra, Emre Mor isə komandanın formasını geyinə bilər. Fanat.Az xəbər verir ki, bu barədə "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan açıqlama verib.


Veteran futbolçu Altıeylül Bələdiyyəsinin sədri Zekai Kafaoğlunun dəvətlisi olaraq Balıkesirə yollanıb və şagirdlərlə görüşdə iştirak edib. "Emre Mor Türkiyədə oynayarmı" sualına Umit Karan belə cavab verib: "Emre Mor ancakq Fatih Terimin çalışdırdığı bir komandaya gələr. Növbəti mövsümdə Fatih Terim "Qalatasaray"ı çalışdıra bilər".


İqor Tüdorun "Qalatasaray" üçün doğru seçim olub-olmadığın dəyərləndirən Ümit Karan "Tüdor mövsümün gedişində "Karabükspor"dan gəldi. Məncə, bu "Qalatasaray"ayaraşmayan hərəkətdi. "Qalatasaray" çox böyük bir camiədi. "Karabükspor"un baş məşqçisini mövsümün gedişində gətirmək yalnış addımdı. Sanki dünyada başqa məşqçi qalmayıb. Tüdor üçün mövsümün sonu çətin görünür".


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fatih-terim-v-emre-mor-quotqalatasarayquotda-t57396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR