"Şəhərlilər"in "müqəddəslər"lə sınağı

"Şəhərlilər"in "müqəddəslər"lə sınağı
09:32 15 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında XXXIII tura "Tottenhem"in oyunu ilə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, lider "Çelsi"nin ən yaxın izləyicisi olan "göy-ağlar" təhlükəli zonadan uzaqlaşmağa çalışan "Bornmut"u sınağa çəkəcək.

Qeyri-stabil çıxışla diqqət çəkən və Çempionlar Liqasına vəsiqə şansını təhlükəyə atan "Mançester Siti" "Sauthempton"la səfərdə qarşılaşacaq. "Şəhərlilər"in işinin asan olmayacağı dəqiqdi. Çünki "müqəddəslər"in Avroliqa şansı hələ də davam edir.
 
Mövsümü ilk "4-lük"də tamamlamağı arzulayan "Liverpul" bazar günü "Vest Bromviç"in qonağı olacaq.
 
Turun mərkəzi matçında "Mançester Yunayted"lə "Çelsi" münasibətlərinə aydınlıq gətirəcəklər. Çempionlar Liqasına vəsiqə verən ilk "4-lük"dən kənarda qalan "qırmızı şeytanlar"ın doğma "Old Trafford"da qalibiyyətdən başqa yolu yoxdu. Bu baxımdan "Çelsi" daha rahatdı. Çünki hazırda Premyer Liqaya başçılıq edən Antonio Kontenin yetirmələri ən yaxın izləyicilərindən 7 xal öndədilər.
 
Tura Midlsbroda yekun vurulacaq. Eyniadlı komanda heç də yaxşı günlərini keçirməyən və get-gedə ÇL şansı azalan "Arsenal"ı qəbul edəcək. "Midlsbro" elitada qalmaq, "Arsenal" isə ilk "4-lük" şansını daha da çətinə salmamaq üçün qalib gəlməyə borcludu.
 
 
İngiltərə. Premyer Liqa
XXXIII tur
 
15 aprel
15:30. "Tottenhem" - "Bornmut"
18:00. "Kristal Pelas" - "Lester"
18:00. "Everton" - "Bernli"
18:00. "Stok Siti" - "Hall Siti"
18:00. "Sanderlend" - "Vest Hem"
18:00. "Uotford" - "Suonsi"
20:30. "Sauthempton" - "Mançester Siti"
 

16 aprel
16:30. "Vest Bromviç" - "Liverpul"
19:00. "Mançester Yunayted" - "Çelsi"

 
17 aprel
23:00. "Midlsbro" - "Arsenal"

1.

Çelsi

31

24

3

4

65-25

75

2.

Tottenhem

31

20

8

3

64-22

68

3.

Liverpul

32

18

9

5

68-40

63

4.

Mançester Siti

31

18

7

6

60-35

61

5.

Mançester Yunayted

30

15

12

3

46-24

57

6.

Arsenal

30

16

6

8

61-39

54

7.

Everton

32

15

9

8

57-36

54

8.

Vest Bromviç

32

12

8

12

39-41

44

9.

Sauthempton

30

11

7

12

37-37

40

10.

Uotford

31

10

7

14

36-52

37

11.

Lester

31

10

6

15

39-51

36

12.

Bernli

32

10

6

16

32-44

36

13.

Stok Siti

32

9

9

14

34-47

36

14.

Vest Hem

32

10

6

16

42-57

36

15.

Bornmut

32

9

8

15

45-59

35

16.

Kristal Pelas

31

10

4

17

42-50

34

17.

Hall Siti

32

8

6

18

33-64

30

18.

Suonsi

32

8

4

20

37-67

28

19.

Midlsbro

31

4

12

15

22-37

24

20.

Sanderlend

31

5

5

21

24-56

20

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR