Fatih Terimin 2 yeni kəşfi Türkiyə millisində

Fatih Terimin 2 yeni kəşfi Türkiyə millisində
19:27 19 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Fatih Terim ölkə xaricində çıxış edən iki türk əslli futbolçunu Türkiyə millisinə çağırmaq istəyir. Fanat.Az xəbər verir ki, "İmperator" Eray Cümart və Elif Elması hədəf alıb.


İddiaya görə, Fatih Terimin köməkçiləri bir müddətdi İsveçrənin "Luqano" klubunda forma geyinən Eray Cümart və Makedoniyanın "Rabotniçki" komandasında top qovan Elif Elması izləyir. Artıq onlar öz hesabatlarını baş məşqçiy təqdim ediblər.


Bildirilir ki, Fatih Terimin köməkçisi Abdullah Ercan bu günlərdə futbolçularla görüşəcək. Onların razılığı alındıqdan sonra isə sənədləşmə işlərinə start veriləcək.


Qeyd edək ki, Eray Cümart "Bazel"in yetirməsidi. O, ötən mövsümün klubun əsas heyətinə yüksəlib. 19 yaşlı stoper martın 3-də icarəyə verildiyi "Luqano"nun heyətində 4 oyuna çıxıb. Eray İsveçrənin U-21 millisində çıxış edir.


Elif Elmas isə "Rabotniçki"nin yetirməsiidi. Bir müddət Hollandiyanın "Heerenveen" klubunun aşağı yaş qruplarında oynayıb. 2015-ci ildə komandaya qayıdan "10 nömrə" mövqeyində oynayan yarımmüdafiəçi cari mövsümdə 28 rəsmi oyuna çıxıb və 6 qol vurub. 17 yaşlı futbolçu artıq Makedoniyanın U-21 millisinə çağırılır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fatih-terimin-2-yeni-kfi-turkiy-millisind-t57733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR