Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yayda İspaniya "Real Madrid"inin sükanı arxasına keçə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, AS nəşri bunun "kral klubu"nun hazırkı baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında heç bir titul əldə edə bilməyəcəyi təqdirdə baş verəcəyini yazıb. Madrid klubunun rəhbərliyi Antonio Konte və Maurisio Poçettinonun da xidmətində maraqlıdır.

Hazırda "Real Madrid" La Liqada "Barselona" ilə ilk 2 pilləni bölüşür. Zidanın komandasının aktivində bir oyun da var. Çempionlar Liqasında isə "kral klubu" "Atletico" ilə yarımfinalda qarşılaşacaq.

Lövə isə Almaniya Futbol İttifaqı 2016-cı ilin payızında onunla müqaviləni daha 4 il uzadıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində