"Atletiko" üzərində qazanılan qələbədən sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan fikirlərini media ilə bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis matçın ilk 30 dəqiqəsində göstərilən oyundan razılığını bildirib.
""Real"ın gücü onun oyun fəlsəfəsindədir. Güclü futbolçularımız var. Buna görə açıq futbol oynamağa çalışırıq. Səbrlə oynayıb istənilən rəqibə baş ağrısı ola bilərik. "Atletiko" ilə görüşün ilk yarım saatında qol epizodları, oyun ritmi və texnikanı nəzərə alsaq, əla çıxış etdik. İkinci hissədə çox qol imkanlarımız olmasa da, 2 dəfə rəqibin qapısına yol tapdıq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində