"Real"ın prezidenti Florentino Peres komandaya inanılmaz mükafat vəd edib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu"nun oyunçuları maddi cəhətdən irəli düşmək üçün həm La Liqanı, həm də Çempionlar Liqasını qazanmalıdılar.
Bu halda komandaya 40 milyon avro mükafat ödəniləcək. Gözlənilir ki, bu məbləğ 36 milyonu əsas komandanın 24 üzvü arasında bölünəcək - hərəyə 1.5 milyon.
Baş məşqçi Zinəddin Zidan 2 milyon avro qazanacaq ki, daha 2 milyon da akademiyanın, B komandasının futbolçuları və məşqçilər heyəti arasında bölünəcək.
Qeyd edək ki, "Real" sonuncu dəfə belə uğuru 1957/58 mövsümündə qazana bilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində