Fransanın "Monaco" klubunun futbolçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərar qəbul edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu İspaniya "Real Madrid"ində oynamağa razılıq verib. Onun seçimində "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanın fransalı olması az rol oynamayıb. Bundan başqa Mbappe üçün İspaniya nəhənginin idman layihələri də mühüm əhəmiyyət kəsb edib.
"Real Madrid" bu mövsüm gənc forvardı diqqətdə saxlayıb. Klubda əmindirlər ki, o, çox faydalı olacaq.
Qeyd edək ki, daha əvvəl İngiltərə "Manchester United"inin Kilian Mbappe üçün 85 milyon avro təklif etdiyi, lakin "Monaco"nun 120 milyon avro istədiyi bildirilib. Mbappenin hazırkı müqaviləsi 2019-cu ilin yayınadəkdir.
Milli.Az