"Prosineçki peşəkar deyildi" - Piter Krauç

"Prosineçki peşəkar deyildi"  - Piter Krauç
18:57 8 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin sabiq forvardı Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçkinin qeyri-peşəkarlığından danışıb. Fanat.Az xəbər verir ki, “Stok Siti”nin şərəfini qoruyan ucaboy hücumçu belə deyib:


 “Prosineçki barmaqla sayılan istedadlardan biriydi. Sözün əsl mənasında, usta futbolçuydu. Amma peşəkar deyildi, siqaret çəkirdi. Özü də günə iki qutu boşaldırdı. Bizdə siqaret çəkməyə qadağa qoymuşdular. O isə hər gün 40 ədəd çəkirdi. Aludəçiliyinə rəğmən, komandada hamıdan yaxşı oynayırdı”.


Qeyd edək ki, “Real”, “Sevilya” və “Barselona”da top qovmuş Prosineçki  2001/02 mövsümündə “Portsmut”da Krauçla çiyin-çiyinə oynayıb. Həmin mövsüm 33 matça çıxan yığmamızın baş məşqçisi 9 qola imza atıb.

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotprosinecki-pekar-deyildiquot-t57950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR