"Bütün turnirlərin qalibi olmaq istəyirik" - Zinəddin Zidan

"Bütün turnirlərin qalibi olmaq istəyirik" - Zinəddin Zidan
20:27 9 May 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Həmişəki kimi oynayacağıq. Qələbə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Birinci matçın nəticəsi oyunumuza təsir etməyəcək".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Atletiko" ilə cavab oyunu öncəsi deyib.

"Hər üç gündən bir oyunumuz olur. Sabah daha bir matç bizi gözləyir. Özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Sonra isə növbəti matçları düşənməliyik" - deyə o bildirib.

Fransalı mütəxəssis iştirak etdikləri bütün turnirlərin qalibi olmaq istədiklərini söyləyib:

"Bundan əvvəl Çempionlar Liqasının finallarında iki dəfə "Atletiko"ya qalib gəlmişik. Ancaq sabah bizi tamamilə başqa matç gözləyir. Hər iki komandanın özünəməxsus silahları var. Rahat olmamalıyıq. Mövsümün sonunda əhəmiyyətli görüşlərimiz var. La Liqada daha 3 oyunumuz qalıb. Ancaq bizim üçün hazırda "Atletiko" ilə qarşılaşma vacibdir. Finala çıxmaq üçün mükəmməl oynamalıyıq. İştirak etdiyimiz bütün turnirlərin qalibi olmaq istəyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR