Yığmanın qapısını su yoluna çevirənlər...

Yığmanın qapısını su yoluna çevirənlər...
14:37 10 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin baş məşqçisi təyin olunan Dik Advokat karyerasında 3-cü dəfə yığmanın "sükanı arxasına" keçib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, az əvvəl Aleksandr Starkovun da az əvvəl 3-cü dəfə Latviya millisinin baş məşqçisi təyin olunması UEFA-nın diqqətini çəkib.

Qurumun rəsmi saytı yığmanın qapısını su yoluna çevirənlərin siyahısını tərtib edib. Cədvəlin ilk pilləsində Stoyan Ormanciyev qərarlaşıb. O, 10 müxtəlif vaxtda Bolqarıstan millisinə rəhbərlik edib. Avropanın mütləq rekordçusu 1950-53, 1953, 1954-55, 1956-57, 1957-60, 1972, 1974, 1974-75, 1976, 1977-ci illərdə bu postda çalışıb.
 
Onun həmyerlisi Hristo Mladenov 7 dəfə, islandiyalı Karl Qudmundsson 5 dəfə ölkəsinin əsas komandasının başına keçib. 9 çalışdırıcı 4 dəfə yığmasına təyinat alıb. Belələri sırasında əfsanəvi Valeri Lobanovski də yer alıb.
 
UEFA hazırda baş məşqçi kimi çalışan, bu onların 3-cü təyinatı olan mütəxəssisləri də fərqləndirib. Starkov və Advokatdan başqa, Türkiyə yığmasının çalışdırıcısı Fatih Terim də üçüncü dəfə bu vəzifəyə gətirilib.
 
Azərbaycan yığmasında isə rekordçu Vaqif Sadiqovdu. O da 3 dəfə baş məşqçi təyin olunub. 1997-99-cu illərdəki uğursuz fəaliyyətindən sonra milidən kənarlaşdırılan çalışdırıcı 2002 və 2005-ci illərdə qısa müddətə yığmaya dönüb. Advokatla Starkov onun bu göstəricisini təkrarlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR