Çempionlar Liqasında digər finalçı müəyyənləşib

Çempionlar Liqasında digər finalçı müəyyənləşib
00:42 11 May 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, İspaniyanın "Real Madrid" klubudur.
"Kral klubu" Madridin digər təmsilçisi "Atletiko"nu mübarizədən kənarlaşdırıb. Zinəddin Zidanın baş məşqçi olduğu komanda "Santyaqo Bernabeu"da 3:0 hesabı ilə yendiyi rəqibinə "Visente Kalderon"da minimal fərqlə uduzub - 1:2. İki oyunun cəmində daha üstün top fərqinə (4:2) malik olan "Real Madrid" ardıcıl ikinci mövsüm finala yüksəlib.
Həlledici qarşılaşmada "kral klubu" İtaliya "Yuventus"u ilə qarşılaşacaq. Görüş iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
10 may
22:45. "Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) - 2:1
Qollar: Saul, 12. Antuan Qrizman, 16-penalti ilə - İsko, 42
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid. "Visente Kalderon" stadionu
İlk oyun - 0:3. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-diger-finalci-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR