İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Everton” “Uotford”u məğlub edib - 1:0.

Əsas diqqət isə “Vest Bromviç” - “Çelsi” oyununa yönəlmişdi. “Zadəganlar” səfər oyunundan 3 xalla ayrılacağı təqdirdə, vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcəkdi. Antonio Kontenin yetirmələri bu tapşırığın öhdəsindən gəlməyi bacarıb. Mişi Batşuayinin 82-ci dəqiqədə vurduğu qol "Çelsi"yə 3 xal qazandırmaqla yanaşı, 2016/17-ci il mövsümünün çempionu edib. Bu, "zadəganlar"ın sayca 6-cı çempionluğudu.

İngiltərə Premyer Liqası, 37-ci tur

12 may

Everton - Uotford 1:0

Qol: Barkli, 56.

Vest Bromviç - Çelsi 0:1

Qol: Batşuayi, 82.

13 may

Mançester Siti - Lester 2:1

Qol: David Silva, 29. Jesus, 36-pen - Okazaki, 42.

Bornmut - Bernli 2:1

Qol: Stanislas, 26. Kinq, 85 - Voks, 83.

Midlsbro - Sautqempton 1:2

Qol: Bamford, 72 - Rodriqes, 42. Redmond, 57.

Sanderlend - Suonsi 0:2

Qol: Llorente, 9. Noton, 45+3.

Stok Siti - Arsenal 1:4

Qol: Krauç, 67 - Jiru, 42; 80. Özil, 55. Aleksis Sançes, 76.

14 may

15:00 Kristal Pelas - Hall Siti
17:15 Vest Hem - Liverpul
19:30 Tottenhem - Mançester Yunayted