Ebru Gündeşdən həssas paylaşım - FOTO

Ebru Gündeşdən həssas paylaşım - FOTO
21:27 15 May 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən gün Türkiyədə "Analar günü" qeyd olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu münasibətlə bir çox məşhurlar şəxsi İnstaqram səhifələrində həssas paylaşımlar ediblər.

Bunlardan biri də müğənni Ebru Gündeşdir. Əri Rza Zərrab həbs edildikdən sonra sosial şəbəkələrdən istifadə etməyən ulduz son zamanlar yenə izləyiciləri ilə bölüşür.

6 il əvvəl dünyaya gətirdiyi qızı Alara ilə əllərini media hesabında yerləşdirən sənətçi yazıb:

"Varlığı belə yaşamana səbəb olan, bir toxunuşu, bir öpüşü  dünyanın ən böyük hədiyyəsi sayılan, bir baxışı eşq, bir damla gözyaşı ən böyük ağrını hiss etdirən, uğruna hər şeyi, amma hər şeyi gözə ala biləcəyin tək varlıq, övlad. Mənə ana dediyin üçün Rəbbimə minlərlə şükürlər olsun. Bütün anaların və ana namizədlərinin gününü təbrik edirik. Ana olmaq istəyənlərə dualarımızı göndəririk. Yanımızda ola bilməyən mələklərimizi isə rəhmətlə xatırlayırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR