Moratadan Zidana etiraz - FOTO

Moratadan Zidana etiraz - FOTO
09:27 17 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın hücumçusu Alvaro Morata La Liqanın 37-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunda əvəzlənməsindən narazı qalıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Morata meydanı tərk edərkən "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan əlini ona tərəf uzadıb. Lakin Alvaro fransız mütəxəssisin əlini sıxmaqdan imtina edib. 

Cari mövsümdə Morata cəmi 14 dəfə "Real"ın start heyətində yer alıb. Buna baxmayaraq, o, 15 qol vurmaqla Ronaldudan sonra komandasının La Liqadakı ikinci ən yaxşı bombardiridir. 

Qeyd edək ki, daha əvvəl KİV-də Moratanın "Real"dakı durumundan narazı olduğu və bu səbəbdən də karyerasını "Milan", "Arsenal" və ya "Çelsi"də davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR