Zidan: "Çoxları “Real”ın titul qazanmasını istəmir"

Zidan: "Çoxları “Real”ın titul qazanmasını istəmir"
14:12 21 May 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

"Real" La Liqanın sonuncu turu çərçivəsində səfərdə "Malaga"nın qonağı olacaq. Bu oyunda əldə ediləcək 1 xal "Real"ın çempionluğunu rəsmiləşdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan oyun barədə fikrini bildirib: "İndiki vaxta qədər çox çalışmışıq. Həm La Liqa, həm də Çempionlar Liqası uğrunda mübarizə aparırıq. Ancaq hələ heç nə qazanmamışıq. Taleyimizin öz əlimizdə olduğunu başa düşürük. Çatdığımız yolu bitirmək məcburiyyətindəyik. Məncə, "Malaqa" ilə oyun çox çətin olacaq. Amma biz "Real"ıq. Heyətimiz çox möhtəşəmdir və necə komanda olduğumuzu sabah görəcəksiniz. Çoxları "Real"ın titul qazanmasını istəmir. Amma bu durum bizi heç narahat etmir. İnanıram ki, həmin insanları üzə biləcəyik".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR