Zinəddin Zidan mətbuat konfransında oynadı - VİDEO

Zinəddin Zidan mətbuat konfransında oynadı - VİDEO
14:47 22 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"Real"a 5 illik fasilədən sonra La Liqa çempionluğunu qazandıran baş məşqçi Zinəddin Zidan sürprizlə qarşılaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Malaqa" ilə keçirilən son tur matçının (2:0) ardından təşkil edilən mətbuat konfransında fransalı mütəxəssis futbolçuların "hücumuna" məruz qalıb.

Belə ki, Zidan qarşılaşmadan sonrakı mətbuat konfransında çıxış etdiyi bir vaxtda zala daxil olan "kral klubu"nun oyunçuları Marselo, Kasemiro, Danilo, Alvaro Morata və Lukas Vaskes onu şampanla isladıblar. Zidan da ayağa qalxaraq, çempionluq mahnısına oynayan oyunçularına qoşulub və gözəl mənzərə yaranıb.
 
Futbolçular zalı tərk etdikdən sonra yerinə əyləşən baş məşqçi mətbuat konfransını davam etdirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zinəddin Zidan mətbuat konfransında oynadı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR