O futbolçu üçün 130 milyon avro - Hansı kluba gedir?

O futbolçu üçün 130 milyon avro -   Hansı kluba gedir?
17:47 28 May 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Monako"nun gənc ulduzu Kilian Mbappe uğrunda amansız mübarizə davam edir. Fanat.Az xəbər verir ki, 18 yaşlı ulduzu "Real" və "Mançester Siti" heyətinə qatmaq istəyir.


"Telefoot"un xəbərinə görə, İngiltərə klubu "Monako"ya 130 milyon avroluq təklif göndərib. Daha öncə fransızlara müraciət edən, lakin rədd cavabı alan "Real" da geri çəkilməyib. "Kral Klubu" da "Monako"ya eyni məbləği təklif edib.


Məlumata görə, bu transferdə "Real" daha şanslıdı. Belə ki, Mbappe dəfələrlə Zinəddin Zidan və Kriştiano Ronaldo fanatı olduğunu açıqlayıb. Bu səbəbdən onun "Kral Klubu"na keçməyə yaxın olduğu bildirilir.


18 yaşlı futbolçu özü transferi ilə bağlı bunları deyib: "Ailəmlə danışım qərarımı verəcəm. Oynamayacağım bir yerə getməyəcəm. Heç kim mənim adımdan qərar verə bilməz".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-o-futbolcu-ucun-130-milyon-avro-t58381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR